Qısa məzmun
Azerbaijan Fish Farm Təlim və inkişaf üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- Ali təhsil, bakalavr / magistr dərəcəsi;
- 3 ildən çox təlim və inkişaf sahəsi üzrə iş təcrübəsi ( qeyri administrativ sahədə);
- İRİ üzrə peşə sertifikatlarının olması üstünlükdür;
- MS office proqramlarını yüksək səviyyədə bilməli;
- 1C 8.3 (ERP) proqramını bilməsi üstünlükdür;
- Azərbaycan dili, İngilis dili, Rus dili;
- İstehsalat sahəsində təcrübə arzuolunandır;
- Mükəmməl fərdlərarası davranış və təqdimat bacarıqları, güclü təşkilati bacarıqlar;
- Təlim seçimlərini və alternativləri araşdırmaq və qiymətləndirmək bacarığı, effektiv təlim və inkişaf proqramları hazırlamaq və həyata keçirmək bacarığı, insan faktoruna diqqətcil peşəkar iş yanaşması;
- İstedadları İdarəetmə proqramları haqqında praktiki bilik, yaxşı qərar vermək bacarığı, işlə bağlı problemi təhlil etmək və həll etmək bacarığı, həll yolu inkişaf etdirmək üçün bir çox maraqlı tərəf və mövzu üzrə mütəxəssislərlə işləmək təcrübəsi;
- Vaxt idarəetmə bacarığı və komanda da işləmək qabiliyyətləri.
Vəzifə üzrə öhdəliklər:
- Yeni işə qəbul edilmiş işçilərin oriyentasiya (İşçinin giriş təlimatı – Induction) təlimləri ilə təmin etmək;
- İstedadların inkişaf etdirlməsi üçün ehtiyacların müəyyən edilməsi (İstedadların idarə olunması);
- Fəaliyyətin qiymətləndirmə nəticələrinə əsasən təlim ehtiyaclarının və inkişaf proqramlarının qiymətləndirilməsi (Performansın idarə olunması);
- İşçilərin hazırki biliyinin inkişaf etdirilməsi ilə şirkətdə dar (xüsusi) ixtisaslaşmış ekspertlərin və idarəçilərin yetişdirilməsi;
- Təlim və inkişaf ehtiyaclarının müsahibə, fokus qruplar, menecerlərlə, instruktorlarla və müştəri təmsilçiləri koordinasiyası və sorğu vasitəsilə qiymətləndirilməsi;
- İşçilər və müştərilər üçün giriş, orientasiya və bacarıq təlimlərinin müxtəlif formalarının yaradılması, təşkil olunması, planlaşdırılması və keçirilməsi;
- Təlim prosedurlarının, qaydalarının, təlimatlarının və kurs materiallarının hazırlanması;
- Təlim və inkişaf proqramlarını qrup diskussiyalar, mühazirə, simulasiyalar, videolar şəklində müxtəlif formatlarda təqdim olunması;
- Təlim proqramlarının effektivliyinin geri bildirimlər, qiymətləndirmələr, sorğular vasitəsilə ölçülməsi;
- Hər il işçilərin bilik, bacarıq və qabiliyyətləri səviyyəsini şirkətin səriştəlilik çərçivəsi modelinə uyğun olaraq nəzərdən keçirilməsi;
- Şirkətin istedadların inkişaf strategiyası ilə yaxından işlənməsi;
- Peşəkar inkişaf proqramlarının və müxtəlif təcrübə sessiyalarının təyin olunmasına kömək etmək;
- Şirkətin ümumi fəaliyyət qabiliyyətini artıracaq təşkilati və rola uyğun təlim ehtiyaclarının müəyyənləşdirilməsinə və təşkilinə kömək etmək;
- İşçi heyətin inkişafı proqramlarında iştirak etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
- Əlavə: Mobil telefon və korporativ nömrə
Vakansiyaya müraciət üçün CV-ləri “Təlim və inkişaf üzrə koordinator” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...