Qısa məzmun
AVT Logistics Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar ilə təmin edilməldir.
Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 16.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2022-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis
Təhsil: Ali təhsil (İqtisadiyyat,Psixologiya,Sosiologiya,Menecment,MBA təhsili üstünlükdür)
Vəzifənin təsviri:
Təlimlərin, inkişaf yönümlü tədbirlərin təşkilini reallaşdırır və fəaliyyətlərin səmərəliliyinin yoxlanılmasına, karyera və inkişaf yönümlü layihələrin təşkili və gedişatına dəstək olur.
Vəzifə öhdəlikləri:
- Təlim ehtiyaclarının araşdırılması prosesində iştirak etmək;
- Təlim ehtiyac blanklarını(TEB) tərtib etmək;
- Təlim şirkətləri ilə görüşlər,təlim üçün qiymət təklifi almaq;
- Təlim zamanı davamiyyətin təqib olunamasını təmin etmək;
- Tərəfdaş şirkətlərin araşdırılması;
- Təlim planının hazırlanması prosesində iştirak etmək;
- Təlimlərin hazırlanması və tədris edilməsi;
- Kritik vəzifələr və davamçı proqramınını təşkil və təqib etmək;
- Yeni işə qəbul olunan əməkdaşlara orientasiya təlimi keçmək;
- Təlim və inkişaf fəaliyyətləri üzrə mütəmadi hesabatlar hazırlamaq, təhlillər həyata keçirməkdə dəstək olmaq;
- Təlimlərin həyata keçirilməsi və təkmilləşdirilməsinin monitorinqinin aparılmasına dəstək olmaq və bunlarla əlaqədar lazımi fəaliyyətləri göstərmək;
- Öhdəliyinə verilmiş təlimlərin təşkili və təhlili işlərinin reallaşmasına dəstək olmaq;
- Əlavə korporativ fəaliyyətlər.
Tələblər:
- Yaxşı ünsiyyət qurma bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Azərbaycan,Rus və İngilis dili əla səviyyədə;
- Microsoft Office proqramları biliyi;(MS Power Point Əla səviyyədə)
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli və detallara qarşı diqqətlilik;
- Təlim,öyrənmə və inkişaf sahəsində nəzəri və praktiki biliklər.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi;
- 5 günlük iş qrafiki.
Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...