Qısa məzmun
Ə/h 900-1000 AZN. Sinteks Group of Companies Təlim və inkişaf üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Satış texnikası və Müştəri Xidmətlərinin təlimini təşkil və təqdim edir
- Satış işçiləri üçün qiymətləndirmə sessiyalarını təşkil edir və müvafiq olaraq nəticələrin hesabatını aparır
- Satış işçiləri üçün yenidən təlimləri təşkil edir
- Satış İnkişafı proqramı üçün təlim sessiyaları təşkil edir və proqramı tamamlanandan sonra bütün rəyləri toplayır
- İş Fəaliyyətin Qiymətləndirilməsi formalarını toplayır və nəticələrini müvafiq olaraq nəzərdən keçirir
- Hər bir işçi üçün Fərdi İnkişaf Planını nəzərdən keçirir və təlim proqramını təşkil edir
- İşçinin professional bilik və bacarıqlarının uyğunluğunu yoxlayır
- İşə qəbul proqramını təşkil edir və rəyləri toplayır
- Bütün rəy və təlim nəticələrini Təlim Bazasına daxil edir və yenilənmiş məlumatlarla təmin edir
Namizədə tələblər:
- Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarəedilməsi və ya hər hansı bir müvafiq sahədə ali təhsil
- Təlim və İnkişaf sahəsində müvafiq ixtisas
- Təlim və İnkişaf sahəsində ən azı 2 illik təcrübə
- Təlim və İnkişaf
- Azərbaycan və Rus dillərini mükəmməl, İnglis dilini yaxşı səviyyədə bilmək
- Microsoft Office
- Təlim keçirilməsi
- Təqdimat bacarıqları
- Ünsiyyət bacarıqları
- Müzakirələrin aparılması
- Problemin həlli
- Məsuliyyət
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...