Qısa məzmun
Sinteks Group of Companies Təlim və İnkişaf üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ERP sistemini bilməlidir.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev eşyaları mağazalarını və 10-a yaxın kofeteriya filialını idarə edir. Lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Təlim və İnkişaf üzrə Mütəxəssis tələb olunur.
Vəzifənin rolu
- Bu vəzifənin rolu şirkətin təlim və inkişaf prosesini həyata keçirməkdir.
Vəzifə öhdəlikləri:
- Şirkət daxilində təlim ehtiyaclarını müəyyənləşdirmək
- İşçilər üçün İnkişaf Proqramlarını təşkil etmək
- İşçilərin tutduğu vəzifələrə uyğunluğunu yoxlamaq
- Şirkət daxilində Performans İdarəetmə prosesini həyata keçirmək
- İşə uyğunlaşma proqramını həyata keçirmək
- İşçilər üçün tələb olunan daxili təlim proqramını keçirmək
Əsas tələblər:
- Təhsil:
- Biznesin idarə edilməsi, İnsan Resurslarının idarə edilməsi və ya müvafiq sahə üzrə Ali təhsil
Təcrübə:
- İnsan resursları sahəsində ən azı 2 illik iş təcrübəsi və təlim və inkişaf mütəxəssisi kimi təcrübə
- Təlim verilməsi üzrə təcrübə
- Professional biliklər:
- Təlim və İnkişaf, Təşkilati İnkişaf və Performans İdarəetmə Prosesləri
- ERP sistemini bilmək
- Azərbaycan və Rus dillərini mükəmməl, İnglis dilini yaxşı səviyyədə bilmək
- Microsoft Office (Excel, Word, PowerPoint) proqramlarını yüksək səviyyədə bilmək
- Professional bacarıqlar və kompetensiyalar:
- Təqdimat bacarıqları
- Ünsiyyət bacarıqları
- Müzakirə bacarıqları
- Problemin həlli
- Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təlim və İnkişaf üzrə Mütəxəssis” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...