Təlimçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Gravity Inc Təlimçi vəzifəsi üzrə vakansiya elan edir

Əmək haqqı: 900 AZN

İş qrafiki: Həftə içi 5 gün (saat 09.00-11.00 və 14.00-16.00)

Namizədə Tələblər:

  • Yaş: 25-45
  • Müvafiq sahədə minimum 3 il təcrübə;
  • ТОТ sertifikatlaşması;
  • Təlim formatlarına və alətlərinə dair biliklər;
  • Personalın öyrədilməsi metodologiyasına dair biliklər;
  • İqtisadiyyat, menecment, biznesin idarə olunması və ya digər uyğun sahələr üzrə Ali təhsil;
  • Biznesin inkişafı, sahibkarlıq, biznesin idarə olunması, satış, marketinq və oxşar sahələrdə təlimçilik fəaliyyəti;
  • Analitik düşünmə və problemləri həlletmə qabiliyyəti;
  • Komandada və fərdi şəkildə işləmək bacarığı;
  • Təlimlərin idarəedilməsi sahəsində təcrübə;
  • Peşə bilikləri və bacarıqları;
  • Müxtəlif yaş qruplarına tədris və təlim keçmə bacarıqları;
  • MS office proqramları bilikləri.

Vəzifə Öhdəlikləri:

  • Gündəlik təşkil olunan təlimlərin keçirilməsi; Ənənəvi və ya hibrid təlimlər zamanı iştirakçılarla sıx işləmək, təlimlərin vaxtında başlamasını, bitməsini və hər bir məqamın daxili təlim standartlarına uyğunluğunu təmin etmək;
  • Təlim zamanı təlim nəzarətçiləri ilə aktiv ünsiyyətdə olmaq və təlim iştirakçılarına dəstək olmasına kömək etmək;
  • Təlim müddətində verilən tapşırıqların doğru icra edilməsinə riayət etmək;
  • Ehtiyac yarandığı halda təlim iştirakçılarına fərdi konsultasiya üzrə dəstək göstərmək;
  • Rəhbər şəxslə aktiv ünsiyyətdə olmaq, problem yarandığı halda dərhal bildirmək və proseslərin düzgün idarə olunmasını təmin etmək;
  • Mütəmadi olaraq keçirilən təlimlərin səmərəliliyini yoxlamaq;
  • İştirakçıların təlim tapşırıqlarını düzgün icra etdiyindən əmin olmaq;
  • Təlim zamanı istifadə olunan sənədlərin mütəmadi (hər gün) yoxlanılmasını təmin etmək;
  • Həftəlik hesabatları təqdim etmək.

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatlar lokanik və aydın qeyd olunmalıdır.

Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Təlimçi” qeyd etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

History teacher

Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...

Landau School

07.11.2024 - Bakı