Qısa məzmun
Kontakt Home Təlimçi vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili biliyi arzu olunandır.
“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vəzifə: Təlimçi
Əmək funksiyaları:
- Təlim materiallarını hazırlamaq;
- Təlim haqqında təlim iştirakçılarını məlumatlandırmaq;
- Təlimləri keçirmək;
- Təlim suallarını hazırlamaq və imtahan götürmək;
- Təlimlərin nəticələri barəsində təlim iştirakçılarını və onların müdirlərini məlumatlandırmaq;
- Təlimlərin qeydiyyatını aparmaq;
- Təlim proqramlarının hazırlanmasında iştirak etmək.
Tələblər:
- Ali təhsil – arzu olunandır;
- Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri, İngilis dili biliyi arzu olunandır;
- Texnika haqqında (rəqəmsal və ya məişət texnikası) dərin bilikləri olmalıdır;
- Yüksək ünsiyyət, təlim keçmək bacarığı, detallara qarşı diqqətlilik kimi keyfiyyətlərə malik olmalıdır.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: həftənin 5 günü- 09:00-18:00
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıda qeyd edilən linkə daxil olub müraciət edə bilərlər.
https://qlor.me/ko04c9tj
Oxşar vakansiya siyahısı:
Mətanət A Şirkətlər Qrupu Digital marketinq üzrə texniki mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Brend menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
ADORE kompani Təlim və inkişaf şöbəsinin koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Giperaks.az SMM Təcrübəçi (ödənişsiz) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...