Təminat şöbəsinin aparıcı mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerbaijan Energy Regulatory Agency Təminat şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • təsərrüfat xərclərinin smetasının tərtibində iştirak etmək;
  • təsərrüfat inventarlarının mühafizəsi və təmir olunmasına nəzarəti vaxtında həyata keçirmək;
  • vacib təsərrüfat mallarının saxlanmasında, ayrılmış material və vəsaitin səmərəli istifadəsinə nəzarətdə iştirak etmək;
  • satınalma prosedurunu qanunvericiliyə uyğun həyata keçirmək;
  • tədbirlərin təşkili zamanı smetanın hazırlanmasını təmin etmək;
  • Agentliyin strukturuna daxil olan bölmələrdə aparılmış əmlakın və öhdəliklərin inventarizasiyasının nəticəsinə dair müqayisə cədvəli tərtib etmək, cədvəldə olan ciddi ziddiyyətli fərqlər barədə şöbə müdirinə məlumat vermək;
  • əsas vəsaitlərin, material ehtiyatlarının, azqiymətli və tezköhnələn əşyaların müvafiq subhesabları üzrə hər birinin ayrı-ayrı kəmiyyət uçotunu aparmaq;
  • büdcə proqnozlaşdırılması zamanı statistik göstəricilərə və yaranmış tələbata uyğun təkliflər vermək;
  • büdcə ili ərzində satın alınacaq malların (işlərin, xidmətlərin) tərkibi, həcmi, miqdarı və ölçüsü barədə məlumatı, satınalmanın ardıcıllığını və təqvim ili üzrə bölgüsünü əks etdirən satınalma planını hazırlamaq;
  • şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • alınmış və ya verilmiş (çıxdaş olmuş) əmlaka müvafiq qaydada mədaxil və məxaric qaiməsi tərtib etmək və imza üçün şöbə müdirinə vermək.

TƏLƏBLƏR:

  • Ali təhsil (Maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat və s. aidiyyəti ixtisasları üzrə);
  • Yaş həddi 27-45 aralığı;
  • İxtisası üzrə azı 5 il iş stajı;
  • MS Office proqramlarını və 1C (8.3 UPP) proqramını mükəmməl səviyyədə bilməli;
  • Rus və ya ingilis dilini səlis bilməsi arzuolunandır;
  • Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı.

DİGƏR:

  • Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
  • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
  • İstirahət günləri: şənbə və bazar günləri;
  • Vakansiya üzrə müraciətin son müddəti: 1 mart 2021-ci il
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə vacancy@regulator.gov.az poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat – aparıcı mütəxəssis) qeyd edin.

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
İnteryer və eksteryer dizayner

Madina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...

Madina Group MM MMC

18.11.2024 - Bakı