Təmir-tikinti üzrə şöbə rəisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Kapital Bank İnzibati İdarəetmə Departamentinin Təmir-tikinti üzrə şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir.

İnzibati İdarəetmə Departamentinin Təmir-tikinti üzrə şöbə rəisi

Kapital Bank namizədləri İnzibati İdarəetmə Departamentinin Təmir-tikinti üzrə şöbə rəisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Layihələrin sahədəki tikinti fəaliyyətinə rəhbərliyi həyata keçirmək,
  • Tikinti fəaliyyətinin layihəyə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək,
  • Tabeçiliyində olan işçi heyətini və subpodrat şirkət heyətini layihə hədəfi doğrultusunda idarə etmək,
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək,
  • Obyektlərin inşaası üçün texniki sənədləşmənin əldə edilməsini təmin etmək,
  • Materiallar, konstruksiyalar, detallar (hissələr), alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlanmasına nəzarət və o
  • lardan səmərəli istifadə olunmasını təmin etmək.Görülmüş işlərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək,
  • Əməkdaşlar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etmək, onların yerinə yetirilməsinə nəzarət etmək,
  • Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak etmək,
  • Sahəni həmişə nəzarətdə saxlamaq, o cümlədən tikinti işləri ilə, heyətlə, layihə dəyişikliyi ilə bağlı problemlərinin aradan
  • ldırılmasını vaxtında və effektiv formada, müstəri məmnuniyyəti və keyfiyyət planına uyğun həyata keçirmək,
    İşçi layihələri oxumaq, layihədə olan konstruktiv və texnoloji xətaları aşkar etmək,
  • Şirkət mərkəzi ofisi və fillilları ilə effektiv koordinasiyalı işləmək,
  • Rəhbəri olduğu sahədə təhlükəsiz iş şəraitinin qurulmasını və davamlılığını təmin etmək.
  • Smetaların hazırlanması.
  • Filiallarda təmir işlərini təşkil etmək
  • Bankın mövcud filiallarında podratçı şirkətlərin apardığı işlərə nəzarət etmək
  • Təmir-tikinti işləri üçün zəruri olan inşaat materiallarının qiymət və keyfiyyətinə görə seçilməsində iştirak etmək
  • Filiallarda təmir işlərinin aparılmasının zəruri olub-olmadığını yoxlamaq
  • Bankın Baş Ofisində və filiallarında yaranan məişət-texniki problemlərin həll edilməsinin təşkil etmək
  • İnzibati İdarəetmə Departamentinin Rəhbərliyi tərəfindən qoyulmuş bütün vəzifələri yerinə yetirmək

Tələblər:

  • İnşaat və tikinti sahəsi üzrə Ali təhsil;
  • Təmir və tikinti sahəsi üzrə ən az 3 illik təcrübə;
  • Layihələrin idarə olunması bacarığı;
  • Autocad və Ofis proqramlarında, xüsusi ilə yüksək Excell və PowerPoint bilikləri,
  • İngilis dili yüksək səviyyədə, Rus dili (üstünlükdür).

Əgər təklifimiz Sizə maraqlıdırsa, “mövzu” bölməsində “Təmir-tikinti üzrə şöbə rəisi” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı