Qısa məzmun
Green Cleaning MMC Təmizlik işçisi vəzifəsi üzrə vakansiya elan edir.
Əmək funksiyaları:
- Müştərilərə mehriban və səmimi şəkildə xidmət göstərmək.
- Gündəlik təmizlik fəaliyyəti ilə bağlı işləri icra etmək.
- Sanitar-gigeynik qaydalara riayət etmək
- Mənzillərin, ofislərin və iaşə obyektlərin təmizliyini icra etmək
- İctimai istifadə yerlərini təmizləmək.
- Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşımaq.
- Yaranmış problem və ya sualların vaxtında həll edilə bilməsi üçün bu barədə nəzarətçiyə dərhal bildirmək.
- İtirilmiş və tapılmış əşyaların çatdırılması və ya saxlanılması barədə şirkətin siyasətinə və təlimatlarına müvafiq şəkildə riayət etmək.
- Gündəlik təhvil-təslim prosedurlarında, şöbədaxili iclaslarda iştirak etmək.
- Rəhbərlik və ya nəzarətçilər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Tələblər:
- Təmizləyici kimi minimum 1 il iş təcrübəsinə malik olmaq.
- Fiziki cəhətdən sağlam, punctual, verilən tapşırıqları vaxtında yerinə yetirmək
- Yaş həddi 25- 40
- Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı.
- Detallara diqqətli olmalı
- Davamlı inkişaf və öyrənməyə yönəlməli
Təklif:
- A.R. Əmək qanunvericiliyinə əsasən işə qəbul
- Həftədə 1 gün istirahət günü
- Əmək haqqı: 450- 500 AZN (Təcrübəyə əsassən)
DİQQƏT! Zəhmət olmazsa, yalnız tələblərə uyğun şəxslər, mövzu hissəsində “Təmizlik işçisi” qeyd olunmaqla, CV-ni təqdim etsinlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.