Təmizlik işləri üzrə supervayzer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Pak Dad Group Təmizlik işləri üzrə supervayzer vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dilində yaxşı bilməlidir.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 6 gün
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.

Vəzifə öhdəlikləri:

  • Təmizlik işçilərinin davamiyyətinin yoxlanılması;
  • Rstoranların və bütün obyektlərin təmizlənməsinə nəzarət edilməsi;
  • Daxil olan şikayətlər ilə əyani olaraq tanış olmaq və dərhal yaranmış problemin aradan qaldırılması;
  • Müntəzəm olaraq bütün obyektlərin təmizliyinin yoxlanması və təmizlik işçilərinin işinə nəzarət edilməsi;
  • Təmizlik maddələri və materialları anbarına nəzarət edilməsi;
  • Aşkar olunan çatışmamazlıqlar barədə rəhbərliyi vaxtında və düzgün məlumatlandırmaq;
  • Təmizlik maddələri və materiallarının qənaətlə və düzgün istifadə edilməsinə nəzarət edilməsi;
  • Aylıq olaraq anbar qalığının çıxarılması və restoran rəhbərinə siyahının verilməsi;
  • Yeni gələn təmizlik işçilərinə formanın təhvil verilməsinə nəzarət edilməsi;

Tələblər :

  • Ali təhsilli.
  • Qadın namizəd, yaş 30-45.
  • Təmizliyə nəzarət və idarəetmə sahəsində 3 ildən çox təcrübə;
  • Azərbaycan dilində sərbəst, rus və ingilis dilində yaxşı bilməli;
  • Güclü ünsiyyət və idarəetmə qabiliyyətləri;
  • Açıq fikirli və nitq qabiliyyətli;
  • Liderlik, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;

Bilməlidir:

  • Döşəmə örtüyünün müvafiq üsul və uyğun maddələrlə təmizlənməsi normalarını.
  • Ofis mebelləri və avadanlıqlarının təmizlənməsi, dezinfeksiya olunması normalarını.
  • Mətbəxin və mətbəx əşyalarının təmizlənməsi norma və qaydalarını.
  • Sanitar qovşaqlarının təmizlənməsi və dezinfeksiya olunması norma və qaydalarını.
  • Təmizlikdə istifadə olunan kimyəvi maddələrin tərkibini və xarakteristikasını.

Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını “Təmizlik işləri üzrə supervayzer” qeyd etməklə hr@pakdad.az email ünvanına göndərə və ya 051-235-52-34 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd: Yuxarıda qeyd edilən tələblərə cavab verməyən şəxslərin CV-nə baxılmayacaqdır.

Oxşar vakansiya siyahısı:

500₼
Xadimə

ADORE kompani Xadimə vəzifəsi üzrə vakansiya elan edir. ...

ADORE kompani

22.10.2024 - Bakı