Qısa məzmun
Ə/h 400-500 AZN. Herra Təmizlik təmizlikçi vəzifəsi üzrə vakansiya elan edir. İşə planlı yanaşmağı bacarmalıdır.
Vəzifə funksiyaları:
- Göndərildiyi iş yerinin(evin, mənzilin) daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə normalarına, sanitar-gigiyena rejiminə uyğun olaraq xidməti otaqların, dəhlizlərin, pilləkənlərin, sanitariya qovşaqlarının və ona təhkim olunan başqa sahələrin təmizlənməsi.
- Tozun alınması, əllə və ya maşın və mexanizmlərin köməyi ilə divarların, döşəmənin, pəncərə çərçivələrinin, şüşələrin və güzgülərin, mebel və xalça məmulatlarının süpürülüb silinməsi və yuyulması.
- Döşəmələri (qranit, mərmər, laminat, parkеt, kеramik plitə, хalça və s.)təmizləyərkən, səthlərdən ləkə və tozların silinməsi və yuyulması zamanı ehtiyyatlı olmaq və zəələnmələrə yol verməmək.
- Duş qurğularının, kranların, duş süzgəcləri torunun, pilləkən qəfəsinin, pəncərələrin təmizlik vəziyyətinə nəzarət edilməsi.
- Zibil qablarının təmizlənməsi, dezinfeksiya məhlulu ilə yuyulması, zibilin yığılması və ona ayrılmış yerlərə aparılması.
- Yuyucu və dezinfeksiya vasitələrinin tətbiqi ilə mətbəxdə çirkli qablarının, tabaqların və inventarların əlnən və ya maşın vasitəsi ilə yuyulması, qab-qacağın və alətlərin silinməsi və qurudulması.
- Tabə olduğu rəhbərindən, təmizlik parçalarını, təsərrüfat inventarını və təmizləyici-yuyucu vasitələrinin alınması və onların düzgün saxlanılması və istifadə olunması.
- Dərman, alət və avadanlıqların daşınması, işlədilməsi və saxlanılmasını təlimata uyğun həyata keçirilməsi.
- Su təchizatı, kanalizasiya sistemlərində və elektrik cihazlarında olan nasazlıqlar barədə vaxtında rəhbərinə məlumat verilməsi.
- Xüsusi yazılarla təchiz olunmuş xəbardaredici lövhələrlə işlədiyi yeri çəpərləmək.
- Təmizlik zamanı müştərilərin şəxsi əşyalarına toxunmamaq.
Tələblər:
- Sanitariya və gigiyena qaydalarını ciddi əməl etməli, təmizləyici-yuyucu vasitələrin, dərmanların və kimyəvi əlavələrin təyinatını və onlardan istifadə qaydalarını bilməlidir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə normaları, sanitar-gigiyena qaydaları barədə məlumatı olmalıdır;
- Təmizlik işləri üzrə minimum 1 il iş təcrübəsi;
- Yaş həddi: 20 – 40;
- İşə planlı yanaşmağı bacarmalıdır;
- İşdə dəqiq və məsuliyyətli olmalıdır;
- İş vaxtı: Qanunvericiliyə uyğun;
- İş yeri: Bakı şəhəri, Caspian Sport Plaza 908b.
Subject bölməsində “TƏMİZLİKÇİ” vakansiyası üçün müraciət olunduğunu qeyd edin.
e-mail: info@herra.az