Təmizlikçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Dreamland Baku Təmizlikçi vəzifəsi üzrə vakansiya elan edir. Uniforma, gigiyena qaydaları və pandemi qaydalarına tam riayət etməlidir.

Tələblər:

  • Yaş həddi 20 – 30 yaş (xanımlar və bəylər);
  • Komandada işləmək bacarığı;
  • Dil bilgisinə ehtiyac yoxdur;
  • Təmizlik sahəsində 2 il iş təcrübəsi.

İş haqqında məlumat:

  • Hər gün stabil olaraq dəhlizlərin, tualetlərin, ofislərin, restoranların və digər ümumi sahələrin təmizlik işlerinin görülməsi;
  • Hoteldə və ofislərdə təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub– təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq və s.
  • Hoteldən bir qonaq ayrıldıqdan sonra qonağın ayrıldığı otağın digər qonaq üçün təmiz bir şəkildə hazırlanması;
  • Təmizləmə üçün istifadə olunan alət və avadanlıqların istifadədən sonra düzgün şəkildə yığılması və təmizlik qaydalarına uyğun hərəkət edilməsi;
  • Lazım olacaq təmizlik materiallarını öncədən üst rəhbərdən təmin etmək;
  • Təmizlik üçün nəzərdə tutulan kimyəvi maddələrdən düzgün istifadə edilməlidir.

İş rejimi və qaydası:

  • Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi;
  • Uniforma, gigiyena qaydaları və pandemi qaydalarına tam riayət etmək;
  • Nahar yeməyi şirkət tərəfindən təmin edilir;
  • AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@dreamland.az elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “ Təmizlikçi” qeyd olunmalıdır) göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

500₼
Xadimə

ADORE kompani Xadimə vəzifəsi üzrə vakansiya elan edir. ...

ADORE kompani

22.10.2024 - Bakı