Qısa məzmun
Dreamland Baku Təmizlikçi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən təmin edilir.
Tələblər:
- Yaş həddi 25 – 35 yaş (xanımlar və bəylər);
- Komandada işləmək bacarığı;
- Dil bilgisinə ehtiyac yoxdur;
- Təmizlik sahəsində 2 il iş təcrübəsi.
İş haqqında məlumat:
- Hər gün stabil olaraq dəhlizlərin, tualetlərin, ofislərin, restoranların və digər ümumi sahələrin təmizlik işlerinin görülməsi;
- Hoteldə və ofislərdə təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub-təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq və s.
- Hoteldən bir qonaq ayrıldıqdan sonra qonağın ayrıldığı otağın digər qonaq üçün təmiz bir şəkildə hazırlanması;
- Təmizləmə üçün istifadə olunan alət və avadanlıqların istifadədən sonra düzgün şəkildə yığılması və təmizlik qaydalarına uyğun hərəkət edilməsi;
- Lazım olacaq təmizlik materiallarını öncədən üst rəhbərdən təmin etmək;
- Temizlik üçün nezerde tutulan kimyevi maddələrdən düzgün istifadə edilməlidir.
İş rejimi və qaydası:
- Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi;
- Uniforma, gigiyena qaydaları və pandemi qaydalarına tam riayət etmək;
- Nahar yeməyi şirkət tərəfindən təmin edilir;
- AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@dreamland.az elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “ Təmizlikçi” qeyd olunmalıdır) göndərə bilərlər.