Qısa məzmun
Bank of Baku Təmizliyə nəzarət bölməsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- İş təcrübəsi (il): 1-3 il
- Təhsil: orta ixtisas və ya ali təhsil
- Kompüter biliyi: MS Office
Əsas vəzifə öhdəlikləri:
- Təmizlik işçilərinin davamiyyətinin yoxlanılması
- Anbardan gündəlik malların çıxarılmasına nəzarət edilməsi
- Müntəzəm olaraq binanın təmizliyinin yoxlanması və işçilərin işinə nəzarət edilməsi
- Aylıq olaraq anbar qalığının çıxarılması və təmizlik şöbəsinin rəhbərinə siyahının verilməsi
- Baş İdarə və Əməliyyat mərkəzi üçün təsərrüfat mallarının sifarişinin tərtib edilməsi, təsərrüfat işçilərinə paylanması və malların düzgün istifadəsinə nəzarət edilməsi
Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini göndərə və ya bankın filiallarına təqdim edə bilərlər. Məktubun subject hissəsində Təmizliyə nəzarət bölməsinin rəhbəri sözünü qeyd etməyi unutmayın.