Qısa məzmun
Ricon MMC Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş tenderlərin müəyyən edilməsi.
- Menecerin təyinatına əsasən tender üzrə tələb olunan sənədlərin hazırlanması.
- Tender prosesi zamanı şirkətin təmsil olunması.
- Bazar qiymətləri barədə məlumatlılıq.
- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət.
- Tenderə qoyulan işlərin qiymət siyahısının yoxlanılması
- Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq.
- Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq.
- Müştərilər və tərəfdaşlarla əlaqələri idarə etmək, müştərilər ilə görüşlər və tədbirlər təşkil etməklə layihənin irəliləməsini təmin etmək.
- Sənəd dövriyyəsinə nəzarət
- Bütün elektron sənədlərin düzgün və asanlıqla alınmasını təmin etmək üçün dəqiqliklə işləyir.
- Bütün mümkün sənəd axını quruluşu
- Sənədlərin düzgün təsnifləşdirilməsini, çeşidlənməsini, sənədləşdirilməsini və düzgün arxivləşdirilməsini təmin edir.
- Sənədlərin tamlığını nəzərdən keçirir və sənəd ötürmələrini arxivləşdirir.
İş qrafiki:
- Bazar ertəsi – Cumə: 09:00-dan 18:00-dək
- İstirahət günü – Şənbə və Bazar günləri
- Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək
Namizədə tələblər:
- Ali təhsili olmalı;
- Hüquq üzrə biliklər;
- Tikinti, İstehsalat, Təchizat və tender sahəsində iş təcrübəsi 3 ildən artıq;
- Azərbaycan, rus yaxşı səviyyədə danışıq qabiliyyəti;
- Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
- Dürüstlük və kollektivdə işləmə bacarığı olmalı;
- Yüksək məsuliyyət, diqqətcil olmaq;
- Yaş həddi 25-45 yaş arası;
Maraqlanan şəxslərdən CV formalarını mövzu yerində ” Tender üzrə mütəxəssis” qeyd edərək hr@ricon.az ünvanına göndərmələri xahiş olunur.