Qısa məzmun
Başak Group Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən qarşılanır. Danışıqlar aparma qabiliyyəti olmalıdır.
Namizədə aid tələblər:
- Ali təhsilli;
- Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
- Satınalma və tender sahəsində 2-3 ildən artıq iş təcrübəsi;
- Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
- Kompüter biliklərinə sahib olmalı;
- Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməli;
- Yaş həddi 22-35 yaş arası;
Vəzifə öhdəlikləri:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
- Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
- Tender sənədlərinin əldə olunması üçün müvafiq işlərin görülməsi;
- Tender prosesi ilə bağlı yazışmaların və danışıqların aparılması;
- İştirakçılara qoyulmuş tələblər nəzərə alınmaqla müvafiq sənədlərin hazırlanması və tələb olunan müddət ərzində Sifarişçiyə göndərilməsi;
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
- Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində
- Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
- Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
- Tender prosesi zamanı şirkətin təmsil olunması;
- Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
- Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 700-800 AZN+ bonus (KPİ)
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Tender üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...