Tender Üzrə Mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

SINAM şirkəti Tender Üzrə Mütəxəssis vakansiyasını elan edir.

İş barədə məlumat:

  • Yerli və xarici dövlət və kommersiya təşkilatları tərəfindən kütləvi informasiya vasitələrində, satınalmalar portalında (etender.gov.az, bundan sonra “Portal” adlanacaq), korporativ və digər məlumat xarakterli saytlarda və s.) elan edilmiş və şirkətin profilinə uyğun (İKT sahəsi) olan tender elanlarının izlənməsi, şirkətin profilinə uyğun münasib tenderlər haqqında məlumatların əldə edilməsi və maraqlı və qərar qəbul edən tərəflərə çatdırılması
  • Münasib tenderlər haqqında məlumatların yığcam şəkildə maraqlı və qərar qəbul edən şəxslərin diqqətinə çatdırılması
  • Tenderdə iştirak haqqında ilkin qərar qəbul edildikdən sonra tender sənədlərinin (əsasən tenderin Əsas Şərtlər Toplusunun) əldə olunması üçün müvafiq işlərin görülməsi
  • Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçıların ixtisasına və maliyyə imkanlarına qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması
  • Tender üzrə texniki tələblərin həmin tenderin predmetinə aidiyyatı olan şöbə rəhbərlərinə göndərilməsi və texniki tələblər üzrə ilkin analiz üçün vaxt müddətinin göstərilməsi
  • Tenderdə iştirak haqqında son qərar qəbul olunduqdan sonra texniki tələblərə cavabların hazırlanması üçün “texniki tələblərə cavablar üçün şablon”un hazırlanması və texniki tələblərə cavabların hazırlanması üçün son müddət göstərilməklə aidiyyatı olan şöbə rəhbərlərinə göndərilməsi
  • Texniki tələblərə cavabların hazırlanması prosesində tələblər üzrə tələbləri cavablandırmağa cəlb olunmuş şöbələr (şəxslər) tərəfindən Sifarişçiyə imzalanmış sualların toplanaraq vaxtaşırı olaraq Portala yerləşdirilməsi və/və ya tender keçirənin tender üzrə məsul şəxsinə göndərilməsi və tender keçirən tərəfindən həmin suallara cavabların vaxtında verilməsinə nəzarət olunması
  • İştirakçıların ixtisas və maliyyə göstəricilərinə qoyulmuş tələblər nəzərə alınmaqla müvafiq hüquqi, maliyyə, texniki və digər tələb olunan sənədlərin hazırlanması və Əsas Şərtlər Toplusunda tələb olunan müddət ərzində Portala qoyulması və/və ya tender keçirənə göndərilməsi
  • Tender təklifinin bank zəmanətinin alınması üçün lazım olan sənədlərin hazırlanıb müvafiq banka göndərilməsinin təmin edilməsi
  • Texniki və maliyyə təkliflərinin hazırlanması üçün tələb olunan formaların (şablonların) hazırlanması və aidiyyatı olan şöbə rəhbərlərinə göndərilməsi
  • Tender təklifinin və bank zəmanətinin Əsas Şərtlər Toplusunda göstərilmiş müddət ərzində tender keçirənin Tender Komissiyasına çatdırılmasının təmin olunması, təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyasından daxil olan suallara cavabların vaxtında hazırlanaraq Tender Komissiyasına göndərilməsinin təmin olunması
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilərlə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması
  • Tam iş günü, iş qrafiki I-V günlər
  • Saat 09.00-dan 18.00-dək

Namizədə tələblər:

  • Texniki fənlər üzrə ali təhsili olmalıdır (İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsi üzrə təhsilə üstünlük verilir)
  • İKT sahəsi və İT məhsullar üzrə ümumi bilikləri olmalıdır
  • İKT sahəsində satınalmalar üzrə mütəxəssis kimi ən azı 2 il iş təcrübəsi olmalıdır
  • Dövlət Satınalmaları haqqında AR Qanunu və tenderin keçirilməsi qaydaları üzrə bilikləri olmalıdır
  • Xarici tenderlərin (Dünya Bankı, Asiya İnkişaf Bankı, BMT və s.) keçirilməsi prosedurları ilə tanışlıq üstünlük sayılır
  • Azərbaycan və İngilis dillərini (yazılı və şifahi) yaxşı səviyyədə bilməlidir, Rus dilini də yaxşı bilməsi üstünlük sayılır
  • Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməlidir
  • Tender təkliflərinin hazırlanması qaydalarını bilməlidir
  • Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır
  • Komandada işləmək bacarığı olmalıdır

Oxşar vakansiya siyahısı:

Senior Information Security Specialist

https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...

Access Bank

20.02.2025 - Bakı

Helpdesk

İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

20.02.2025 - Bakı

Proqram təminatı üzrə kiçik mühəndis

Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

12.02.2025 - Bakı

Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis

Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Yelo Bank

10.02.2025 - Bakı

QA Manager

Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...

Aztelekom MMC

10.02.2025 - Bakı

Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik)

Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

10.02.2025 - Bakı

Aparıcı proqramçı (PL/SQL üzrə)

“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...

Rabitabank OJSC

06.02.2025 - Bakı

Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer)

Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

24.01.2025 - Bakı