Qısa məzmun
Başak Group Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.
Namizədə aid tələblər:
- Ali təhsili;
- Azərbaycan, rus və ingilis dillərində yaxşı səviyyədə danışıq qabiliyyəti;
- Tender sahəsində iş təcrübəsi minimum 2-3 il;
- Kompyuter bilikləri;
- Ünsiyyət və analitik düşünmə bacarığır;
- Dürüstlük və kollektivdə işləmə bacarığı;;
- Yüksək məsuliyyət, diqqətcil.
Vəzifə təlimatları:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tender üzrə tələb olunan sənədlərin, protokolların operativ şəkildə hazırlanması, sənədlərin qeydiyyatın aparılması;
- Tender prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması;
- Tender prosesi zamanı şirkətin təmsil olunması;
- Müqavilələr üzrə danışıqların aparılması;
- Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə,
- Əmək haqqı 700-900 AZN+Bonus (KPİ),
- Ünvan: Ziya Bünyadov pr.13
Tələblərə uyğun şəxslər CV-lərini hr@bashakgroup.az elektron poçt ünvanına mövzu hissəsinə “Tender üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.