Qısa məzmun
Ramco CJSC Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Namizədə olan tələblər:
- Ali təhsil;
- Microsoft Office proqramlarından istifadə bacarığı;
- Azərbaycan,rus və ingilis dillərində səlis ünsiyyət qabiliyyəti;
- Sənaye malları üzrə təchizat və tender sahəsində minimum 3 illik iş təcrübəsi.
Vəzifə öhdəlikləri:
- Mütəmadi olaraq tender elanlarının (yerli və xarici) izlənilməsi;
- Uyğun tenderlərin sorğularının yığılıb rəhbərliyə təqdim edilməsi və onlar barədə təsdiqin aparılması;
- Tender predmeti üzrə ödənişin olunması üçün müraciətin edilməsi və ödənişin edilməsinə nəzarət;
- Ödənişi edilən tender predmeti üzrə satınalma qurumuna sənədlər toplusunun əldə edilməsi üçün rəsmi müraciətin edilməsi;
- Əldə olunan sənədlər toplusunun müvafiq şöbələrə təqdim olunması;
- Tender predmeti ilə analoji xarakter daşıyan layihələr üzrə satınalan qurumun bağladığı layihələr bardə məlumatın rəhbərliyə təqdim olunması;
- Tender predmeti üzrə tələb olunan sənədlərin müvafiq şöbələr tərəfindən hazırlanması üçün müraciətlər yönləndirilməsi;
- Müvafiq şöbələr tərəfindən hazırlanan sənədlərin (ixtisas, təşkilat, hüquqi, təklif) satınalan quruma təqdim olunması;
- Tender predmetinin müzakirəsi üçün şirkət daxili iclasların təşkili;
- Satınalan qurumla iddiaçı arasında koordinasiya kommunikasiyanın qurulması;
- Satınalan qurum tərəfindən keçirilən zərf açılışı tədbirində şirkətin təmsil olunması;
- Hər bir tender predmeti üzrə cəkilən xərclərin hesabat şəkilində rəhbərliyə təqdim olunması;
- Qalib gəldiyimiz təqdirdə müqavilənin və diqər sənədlərin hazırlanması və satınalan quruma təqdim olunması;
- Zərf açılışında nəticəsi barədə rəhbərliyə həsabatın verilməsi və analizin təqdim olunması;
- Şirkətin profilinə uyğun olan özəl şirkətlər tərəfindən gələn sorğuların cəlb olunması;
- Tender prosesinə nəzarət “deadline”larının qoyulması nəzarət;
- Yığılan sənədlərin yoxlanılması və ehtiyac olduğu halda bir daha düzəlişə göndərilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaqdır;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tender üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Satınalmalar üzrə aparıcı mütəxəssisMaple Trading LLC Satınalmalar üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir. ...
1200 — 1500 ₼
Anbardar (Avtomobil Ehtiyyat hissələri üzrə)175 Yükdaşıma və Evakuasiya Anbardar (Avtomobil Ehtiyyat hissələri üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
WMS OperatorƏ/h razılaşma yolu ilə. Logist LLC WMS Operator vəzifəsi üzrə vakansiya elan edir. ...