Tender üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Nazim1001 Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri: 

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
  • Təklifləri analiz etmək; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender prosesində şirkətin təmsil olunması;
  • Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq;
  • Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq;
  • Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
  • Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;

Namizədə dair əsas tələblər: 

  • Ali təhsil;
  • Yaş həddi 25-40 yaş;
  • Azərbaycan dilini yaxşı səviyyədə bilməli, rus və ingilis dili üstünlük təşkil edir;
  • Satınalma və tender sahəsində ən azı 1-2 il iş təcrübəsi;
  • Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
  • Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməli;

Digər fərdi keyfiyyət göstəriciləri:

  • Enerjili, pozitiv, çevik, stresə davamlı və məsuliyyətli olması ;
  • Düzgün səs tonu, fikrini dəqiq, lokanik, səlis və özünə əminliklə təqdim etmə bacarığı ;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi ;
  • İnformasiyanın təhlili və analiz etmək bacarığı ;
  • Təşkilatçılıq və komandada işləmək bacarığı yüksək olmalıdır;

Əlavə məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • Şirkət tərəfindən korporativ nömrə və telefon verilir ;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq ;

Tələblərə uğun namizədlər mövzu yerində “Tender üzrə mütəxəssis“ qeyd edərək öz CV-lərini  hr@nazim1001.com e-mail ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

500₼
Satınalmalar üzrə kiçik mütəxəssis

Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

15.01.2025 - Bakı

500 — 600 ₼
Satınalmalar üzrə aparıcı mütəxəssis

Maple Trading LLC Satınalmalar üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir. ...

Maple Trading LLC

28.12.2024 - Bakı

1200 — 1500 ₼
Anbardar (Avtomobil Ehtiyyat hissələri üzrə)

175 Yükdaşıma və Evakuasiya Anbardar (Avtomobil Ehtiyyat hissələri üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...

175 Yükdaşıma və Evakuasiya

27.12.2024 - Bakı

500₼
WMS Operator

Ə/h razılaşma yolu ilə. Logist LLC WMS Operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Logist LLC

25.12.2024 - Bakı