Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Qala Group Tenderlər üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Struktur vahidinin (departamentin, şöbənin, bölmənin) adı: Satış şöbəsi
Vakansiyanın adı və sayı (rəqəmlə): Dövlət tenderləri üzrə menecer 1 nəfər
Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:
- Dövlət satınalmaları vahid internet portalında axtarış edərək uyğun tenderlərin seçilməsi
- Tenderdə qeydiyyatdan keçərək iştirak haqqının həyata keçirilməsi
- Portala müvafiq sənədlərin yüklənməsi
- Qiymət təklifinin çıxarılması üçün şirkətin müvafiq şöbələri ilə ünsiyyətə keçmə
- Bank təminat məktublarının alınması
- Satınalma müqavilələrinin bağlanılması və aidiyyatı üzrə əməliyyət şöbəsinə ötürülməsi
- Təhvil-təslim aktlarının tərtib olunması, ödənişlərin alınması
- Məlumatların şirkətin CRM bazasına daxil olunması
- Həftəlik və aylıq hesabatların hazırlanması
- Rəhbərliyinin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):
- Bakalavr təhsili
- Səlis ünsiyyət bacarıqları
- Azərbaycan və rus dili biliyi (ingilis dili arzuolunandır)
- Dövlət tenderləri üzrə minimum 2-3 il iş təcrübəsi
- Dövlət satınalmaları vahid internet portalı ilə iş təcrübəsi
- Hüquqi savadlılıq
- Dövlət Satınalmaları qanunveriliciliyi üzrə biliklər
- Layihələndirmə-inşaat sahəsi üzrə biliklər arzuolunandır
Namizədlərdən şəkilli CV-lərini “Tenderler uzre menecer” mövzusu ilə göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.