Qısa məzmun
MOGAN Hotel SPA mərkəzinə Terapist vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Masaj kabinetinin müştərilərini qəbul etmək, onlar barəsində zəruri məlumatları öyrənmək.
- Masajın növünü təyin etmək
- Sertifikatlaşdırılmış masaj avadanlığı və inventardan istifadə etmək, masaj avadanlığını və inventarını masaj seansı üçün hazırlamaq.
- Masaj sahəsində yerli və xarici təcrübəni öyrənmək, öz ixtisasını sistematik olaraq artırmaq.
- Masaj seansını (ümumi sağlamlıq, idman, anti-sellülit, kosmetoloji və digər növləri) masaj qaydalarına riayət etməklə keçirmək.
- Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
Namizəddə tələblər:
- Xarici dil biliyi – rus, ingilis (orta səviyyədə)
- Müvafiq vəzifədə minimum 2 il iş təcrübəsi
- Xarici görünüşünə və səliqəsinə diqqət
- Məsuliyyətli, punktual və nizam-intizamlı olmaq
- Müştərilərlə yüksək ünsiyyət qurmaq bacarığı
- Komanda da işləmək bacarığı
- İşdə dəqiqlik və detallara fikir vermə
- Şirkət daxili qaydalara riayət etmək
- Kütlə ilə işləmək bacarığı
İş şəraiti:
- 5 günlük, həftə içi 2 gün istirahət – 2 növbəli iş qrafiki
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə
- Əmək haqqı: 600 AZN + bonus
- Nahar şirkət tərəfindən verilir
- Ünvan; Mogan Hotel, İnşaatçılar prospekti 12
E-mail – ilaha.abdullayeva@moganhotels.az, hr@moganhotels.com