Qısa məzmun
Qazax Sement Zavodu MMC Tərcüməçi vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Qazax rayonu, Daş Salahlı kəndi
Namizədə tələblər:
- Ali təhsilli olmalı;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi olmalı;
- Texniki / sənaye, administrativ və layihələr üzrə iş təcrübəsi olanlara üstünlük verilir;
- Dil bilikləri: İngilis, Rus və Azərbaycan dillərini mükəmməl səviyyədə (Şifahi və Yazılı) bilməli;
- MS Office – Word, Excel, Project proqramlarını bilməli;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı.
Əsas vəzifə öhdəlikləri:
- Əcnəbilərlə görüşmələrdə və iclaslarda, o cümlədən müəssisənin əcnəbi mütəxəssis və rəhbər işçi heyətinin sahələrdə kollektiv ilə görüşmələrində və iş prosesində tərcüməçilik etmək (İngilis, Rus və Azərbaycan dillərində), qeydlər aparmaq, iclas protokollarını hazırlamaq,
- Müəssisəyə və rəhbərlərinə aid sənədləri və yazışmaları Azərbaycan dilindən İngilis və Rus dillərinə və əksinə tərcümə etmək,
- Texniki sənədləri, alqı-satqı və xidmət müqavilələrini, təlimatları və s. tərcümə etmək (İngilis, Rus və Azərbaycan dillərində),
- Tərcümə zamanı istifa olunan texniki terminlərin tərcüməsini yüksək keyfiyyətdə yoxlamaq və redaktə etmək,
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
Əsas təminatlar:
- Nahar (Zavod ərazisindəki hoteldə qalanlar gündə 3 dəfə yeməklə təmin olunur),
- Aylıq mobil rabitə limiti ilə təmin olunur,
- İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir,
- Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel – yataqxana fəaliyyət göstərir).
Mövzu hissəsində ” Tərcüməçi ” qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur fikri ciddi olmayan, xarici dil bilikləri zəif olan və iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Kontent yaradıcısı
Kontakt Home Kontent yaradıcısı vəzifəsi üzrə vakansiya elan edir. ...
Kopirayter Olivia (Kosmetika və özünə baxım)
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kopirayter
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kontent üzrə mütəxəssis
Kontakt Home Kontent üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...