Qısa məzmun
Ə/h 400-500 AZN. CETA Languages Rus dili üzrə tərcüməçi vəzifəsi üzrə vakansiya elan edir. Rus və Azərbaycan dili bilikləri tələb olunur.
İş barədə məlumat:
- Rus dilindən Azərbaycan dilinə və əksinə tərcümə, redaktə işləri
- Mətnlərin, müqavilələrin, təlimatların, xəbərlərin və s. tərcüməsi
- Mətnlərin tərcüməsi zamanı axtarışlar aparmaq, tərcüməni yüksək keyfiyyətdə yoxlamaq və redaktə etmək
- Əmək haqqı təcrübəyə uyğun razılaşdırılır və artandır. Əlavə işlərə görə və ya aylıq müəyyən həddi keçdikdən sonra, bonus verilir
- İş qrafiki həftədə 5 gün 09:00-17:00, 6-cı gün 16:00-a qədər (tələbatdan asılı olaraq, bəzi günlər daha qısa ola bilər)
Namizədə tələblər:
- Yüksək səviyyədə rus və Azərbaycan dili bilikləri. Hər iki dilin qrammatikasını yüksək səviyyədə bilmək, geniş söz ehtiyatına malik olmaq.
- Müvafiq sahədə ali təhsil
- Müxtəlif sahələr üzrə biliklər
- Dəqiqlik, məsuliyyətlilik
- Təcrübə mütləqdir
CV göndərərkən, mövzu xanasında mütləq Tərcüməçi (Rus dili) göstərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Efir koordinatoru (təcrübəçi)
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...