Qısa məzmun
ELMANADO MMC Təchizat və Logistika üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə Öhdəlikləri:
- Təsərrüfat şöbəsi nəzarətçisi müəssisənin və ya onun struktur bölmələrinin təsərrüfat xidməti üzrə işinə nəzarəti həyata keçirir.
- Təsərrüfat avadanlığının saxlanılmasını, onun bərpa edilməsini, eləcə də otaqlarda və onlara əlavə edilmiş ərazilərdə təmizliyə riayət olunmasını təmin edir.
- Otaqların vəziyyətinə nəzarət edir və onların vaxtında təmiri üzrə tədbirləri yerinə yetirir.
- İşçiləri dəftərxana ləvazimatları və s. ehtiyacları təmin edir.
- Təsərrüfat xidməti heyətinə rəhbərlik edir.
Tələblər:
- Müvafiq sahə üzrə orta ixtisas təhsili,
- 3 ildən az olmayaraq müvafiq iş üzrə iş stajı;
Bilməlidir:
- Təsərrüfat xidmətləri işinin yerinə yetirilməsinin təşkilini;
- Kiçik xidmət heyətinin əməyinin mexanikləşdirmə vasitələrini;
- İş avadanlığının istismar qaydalarını, əməyin təşkilinin əsaslarını;
- Daxili əmək intizamı qaydalarını,
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
İş Şəraiti:
- İş rejimi – 6 günlük;
- İstirahət vaxtı- bazar.
- Əmək haqqı: Razılaşma yolu ilə
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- İş yeri: Zabrat qəsəbəsi, “Elmanado” MMC
- Vakansiyaya uyğun namizədlər CV-lərini “Təsərrüfat işləri üzrə nəzarətçi” başlığı ilə hr@elmanado.az e-mail ünvanına göndərin (məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir).
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...