Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Cybernet MMC Test üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Təyin olunmuş layihələrin proqram təminatını test etmək;
- Səmərəliliyi artırmaq üçün həll yollarını tapmaq;
- Korporativ siyasət və proseduralara əsasən layihəni vaxtında test etmək;
- Proqram təminatının testinə başlamadan öncə test planı hazırlamaq;
- Proqram təminatının testinə başlamadan öncə müştəri tələblərini (Usecase), biznes tələblərini, analiz və dizayn sənədlərini oxuyub anlamaq və təhlil etmək;
- Proqram təminatını testkeyslər yazaraq test etmək;
- Proqram təminatı testi zamanı aşkar edilən xətaları (bug) işlərin idarəedilməsi sitemində qeydiyyata almaq və xətanın həllini izlənmək ;
- Testkeys Tələb Matrisasını tərtib etmək (RTM);
- Müştəri Testini təşkil etmək və idarə etmək (UAT);
- Test prosesi ilə əlaqəli digər fəaliyyətləri həyata keçirmək.
Əsas tələblər:
- Ali təhsil (IT ixtisası üzrə ali təhsil almışlara üstünlük verilir)
- Testçi və ya Keyfiyyət təminatı (QA) sahəsində ən az 2 il iş təcrübəsi sahəsində (telekom və IT sahələrində çalışan namizədlərə üstünlük verilir);
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili yaxşı səviyyədə bilmək (İngilis dili orta səviyyədə bilmək arzu olunandır);
- MS Office proqramları, SQL dili – ümumi anlayış;
- Jira, Confluence alətləri ilə işləmək təcrübəsi;
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə, komandada işləmək;
- Test növləri barədə məlumatlı olması və test zamanı istifadə etmə biliyi;
- Testkeyslərin hazırlanması biliyi;
- Test planlarının hazırlanması biliyi;
- Testkeys Tələb Matrisasını yazmaq (RTM) biliyi;
- Yaradıcı olmaq biliyi;
- Müştəri qəbul testlərinin təşkil etmək biliyi;
- Stresə davamlılıq;
- Davamlı öyrənmə və inkişafa yönümlülük.
İş şərtləri və şəraiti:
- Tibbi sığorta
- Mükafat və bonus sistemi
- Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaq
Namizədlər öz ərizə formalarını (CV) “Test üzrə mütəxəssis” mövzusu altında hr@cybernet.az elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...