Qısa məzmun
eManat Texnik vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Ödəniş terminallarının planlı şəkildə texniki xidmətinin təmin olunması
- Quraşdırılan terminalların yerlərdə təmir, profilaktika işləri
- Terminalların ehtiyyat hissələrinin dəyişdirilməsi, quraşdırılması
- Qeyri-standart hallarda yerlərdə yaranan problemlərin həlli üzrə qərar qəbul edilməsi
Namizədə qoyulan tələblər:
- Ali və ya orta texniki təhsil
- Sahə üzrə iş təcrübəsi arzuolunandır
- Windows XP, 7 və bu kimi əməliyyat sistemlərin yükləmə və idarəetmə bacarıqları
- Kompyuter avadanlıqların (Hardware) yığılması, quraşdırılması, diaqnostikası və avadanlıqlarda əmələ gələn problemlərin həlli
- Problem həll etmək bacarığına malik olmalı
- İlkin İT bilikləri olan namizədlərə üstünlük veriləcəkdir
- Şəxsi avtomobilin olması mütləqdir (xərclər şirkət tərəfindən qarşılanır)
İş şəraiti:
- Təyin olunmuş ərazilər üzrə
- İş rejimi həftənin 6 günü
- Əmək haqqının 15 gündən bir ödənilməsi
- Tibbi sığorta təminatının verilməsi
- Nahar təminatının qarşılanması
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Texnik” yazılmalıdır.