Qısa məzmun
Tufandag Mountain Resort Texnik direktor vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
- Kanat xətlərinin və atraksionların düzgün, fasiləsiz işləməsinə və istehsalçının və qanunvericiliyin tələbinə uyğun olaraq yoxlama və təmir işlərinin həyata keçirilməsinə nəzarət etmək;
- Kanat xətlərində və atraksionlarda günlük, həftəlik, aylıq, yarımillik, illik, böyük və tələb olunan bütün texniki baxışların keçirilməsində iştirak etmək və ümumi təmir işlərinə nəzarət etmək;
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasına nəzarət etmək;
- Şirkətin Direktorun fəaliyyətinin texniki sahə üzrə işlərin həyata keçirilməsi üçün rəylər təqdim etmək;
- Şirkətin Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
- Şöbədaxili inventarizasiyanın aparılmasına nəzarət etmək;
- Yüksək gərginlik avadanlıqları, elektrik və elektronika sahəsi üzrə əsaslı və cari təmirinə nəzarət etmək;
- Yüksək gərginlik, elektrik və elektronika qurğularında təmir, istismar və qəza – bərpa işlərini bilavasitə təşkil etmək və iş prosesinə nəzarət etmək;
- Material və ehtiyat hissələrinin aylıq və illik sifarişlərinin verilməsinə nəzarət etmək;
- Nasosxanaların, Qazanxanaların və Süni Qar Yaratma aparatlarının tələb olunan qaydalar çərçivəsində fəaliyyətini təmin etmək;
- Nasosxanaların və Süni Qar Yaratma aparatlarının qış mövsümünün əvvəlində və sonunda aparılan texniki baxış zamanı müəyyən olunmuş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verməli və onların aradan qaldırılması üçün tədbirlər görməli;
- Qış mövsümü ərzində süni qar vurma əməliyyatlarına nəzarət etmək;
- Texniki sahə üzrə əməliyyatların icrasına (günlük, həftəlik, aylıq və illik baxımlar) birbaşa nəzarət etmək;
- Kanat xətləri və atraksionlar üzrə avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasına, təmirin keçirilməsinə və smeta xərclərinin hesablanmasını həyata keçirmək;
- Hər bir əməkdaşın texniki sahədə kompleks daxili təqdim edilən bütün xidmətlər üzrə təsdiq olunmuş istifadə və təhlükəsizlik qaydaları ilə tanış olmasına və prosesin təhlükəsiz icrasının təmin edilməsinə nəzarət etmək;
- Tabeçiliyində olan əməkdaşlara xidmət ilə əlaqədar mütəmadi təlimlərin keçirilməsi təmin etmək;
- Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması;
- Tələb olunan hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Yanğın və fövqəladə hallar təhlükəsizliyinin təkmilləşdirilməsi, təhlükəsizlik texnikası pozuntularının aradan qaldırılması üçün tədbirlərin görülməsi üçün təlimat və təkliflər hazırlayır və təsdiqə təqdim edir;
- Müəssisədə istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə və təmir baxım işlərinə nəzarət etmək;
- Vəzifəsi ilə əlaqədar birbaşa rəhbərin verdiyi tapşırıqların icra olunmasını təmin etmək;
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Müvafiq sahədə təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları.
- Müvafiq sahələrdə 8 il idarəedici səviyyədə iş təcrübəsi
- MS Office, Outlook (istifadəçi səviyyəsi), MS Excel (sadə formulalarla işləmək)
- Tikinti və təmir işlərinin aparılması texnologiyaları
- Daşınmaz əmlaka və tikintiyə dair sənədlərin hazırlanması qaydaları və tələbləri
- Təmir-tikinti işləri zamanı təhlükəsizlik qaydaları;
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
- Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
- Yüksək səviyyədə Azərbaycan, rus dili və ingilis dili;
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- Biznes düşüncəsi və analitik zəkaya sahib olmalı;
- Nitqində qüsur olmamalı
- Diqqətli, punktual, səbirli və məsuliyyətli olmalı
- Ünsiyyət qurma və izah etmə qabiliyyəti
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Texnik direktor) göstərilməklə göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...