Qısa məzmun
Ə/h 400 AZN. Modenis LLC eManat Texnik vəzifəsi üzrə vakansiya elan edir. Nəticə almağa meyilli olmalıdır.
İş barədə məlumat:
- Ödəniş terminallarının planlı şəkildə texniki xidmətinin təmin olunması
- Quraşdırılan terminalların yerlərdə təmir, profilaktika işləri
- Terminalların ehtiyyat hissələrinin dəyişdirilməsi, quraşdırılması
- Qeyri-standart hallarda yerlərdə yaranan problemlərin həlli üzrə qərar qəbul edilməsi
Namizədə qoyulan tələblər:
- Yaşayış yeri: Beyləqan və Füzuli regionları
- Ali və ya orta texniki təhsilli.
- Texniki sahədə iş təcrübəsi arzuolunandır
- Dil Bilikləri – Azərbaycan dili (ana dili) rus dili (orta)
- Ərazidə fəaliyyət göstərmə qabiliyyətinin olması və ərazini tanıması
- İlkin İT biliklərinin olması
- Windows XP, 7 və bu kimi əməliyyat sistemlərin yükləmə və idarəetmə bacarıqları
- Kompyuter avadanlıqlarının (Hardware) yığılması, quraşdırılması, diaqnostikası və avadanlıqlarda əmələ gələn problemləri həll etmə bacarığı
- Şəxsi maşının olması zəruridir
İş şəraiti:
- İş rejimi həftənin 6 günü;
- Əmək haqqı 400 AZN + aylıq bonuslar;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- İcbari və könüllü tibbi sığorta;
- Nahar təminatının qarşılanması.
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Texnik-region” yazılmalıdır .