Qısa məzmun
TuranBank ASC Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi üzrə vakansiya elan edir.
Vakansiya üzrə tələblər:
- Uyğun sahə üzrə ali təhsil (Kompüter elmləri, kompüter mühəndisliyi və sair)
- Windows 10 əməliyyat sisteminin quraşdırılması, sazlanması üzrə biliklər
- Periferik avadanlıqların (printer, skaner və sair) qoşulması, sazlanması
- Mövcud kompüterlərin şəbəkəyə qoşulması, sazlanması
- Mövcud texniki sənədlər və əlavə kitablar oxuyub başa düşə biləcək səviyyədə ingilis dili bilikləri
- Windows server əməliyyat sistemləri üzrə biliklərin olması üstünlükdür
- Məsuliyyətlilik, öyrənməyə meyllilik
- Təcrübə mütləq deyil.
Öhdəliklər:
- İstifadəçi kompüterlərinin quraşdırılması, sazlanması
- İstifadəçilərin müraciətlərinin qəbul edilməsi və kiçik nasazlıqların aradan qaldırılması
- Müxtəlif sistemlərin o cümlədən təcili pul köçürmələri sistemlərinin sazlanması
- Fərdi inkişaf üçün əməliyyat sistemlərini dərindən öyrənmək
Əmək haqqı: 500-800 AZN.
Anketlərinizi hr@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Texniki dəstək” yazmağı unutmayın.