Qısa məzmun
Ə/h 700-800 AZN. Sinteks Group of Companies Texniki Dəstək üzrə Administrator vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Lokal komputerləri quraşdırmaq
- Lokal iş stansiyalarında yaranan avadanlıq problemləri müəyyən etmək və həll edilməsi üçün lazım olan işləri görmək
- Periferik avadanlıqların fasiləsiz işləməsini təşkil etmək
- Lokal iş stansiyalarında əməliyyat sistemlərinin qurulması və ayarlanması, isitfadə müddətində yaranan pozuntuları aradan qaldırmaq
- İstifadəçilərin ehtiyaclarına uyğun standart və əlavə program təminatların yazılması və isitfadə müddətində yaranan pozuntuları aradan qaldırmaq
- Proqram təminatlarının lisenziya tələb edən proqram təminatlarının müddətini nəzarətdə saxlamaq
- İstifadəçilərin şirkətin təşkil etdiyi İT servislərdən istifadəsi üçün imkanlar yaratmaq (Outlook, FileSharing, etc)
- Aktual lokal məlumatın rezerv surətini yaratmaq
- Simli və simsiz daxili telefon qurğularına nəzarət etmək
- LAN, WiFi şəbəkələrinin işini təmin etmək və yaranan nasazlıqları aradan qaldırmaq
- İşçilərin işə qəbul və işdən azad olunması zamanı texniki inventarların təhvil verməsində iştirak etmək, təhvil verilən avadanlıqların işlək vəziyyətdə olub-olmadığını yoxlamaq
Namizədə tələblər:
- Təhsil:
- İT və ya müvafiq sahə üzrə Ali təhsil
- İT Helpdesk ixtisası sertifikatları arzuolunandır
- Təcrübə:
- İT üzrə ən azı 2 il iş təcrübəsi
Professional biliklər:
- Drivers’ installation” və “checking logs”-ların yoxlanılması üzrə biliklər
- MS Domain” sistemi və “Active Directory” haqqında əsas biliklər (PC-lərin domenə əlavə edilməsi, GPO-lərin, qrupların və istifadəçi hüquqlarının yoxlanılması)
- MS Office 2013/16/19 məhsullarının quraşdırılması və nasazlıqların aradan qaldırılması
- MS Outlook-u yaxşı bilmək
- Şəbəkə avadanlığının tənzimlənməsi
- LAN, WAN, Wi-Fi şəbəkələri
- Əməliyyat sistemlərini və proqram təminatının qutaşdırılması
- Microsoft Windows” əməliyyat sistemini yaxşı bilmək
- Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili arzuolunandır
- Professional bacarıqlar və kompetensiyalar:
- Problem həll etmə
- Komandada işləmə
- İşgüzar ünsiyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Helpdesk Administrator” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.