Qısa məzmun
Deziline MMC Texniki direktorun köməkçisi vəzifəsi üzrə vakansiya elan edir
- Ünvan: Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi 1/1
- Vəzifə: Texniki direktorun köməkçisi
- İş rejimi: 6 günlük, növbəli qrafik (axşam növbəsi)
- Əmək haqqı: 600 AZN + overtime (əmək haqqı artandır)
- Təhsil: tam orta
- Təcrübə: tələb olunmur
- Cins: Kişi
Vəzifə öhdəlikləri:
- Şirkətin Texniki Direktorunun fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirilməsini təmin etmək;
- Şirkətin Texniki Direktorunun göstəriş və tapşırıqlarına əməl etmək;
- Şirkətin texniki işçi heyyətinin idarə edilməsində Texniki direktora köməklik etmək;
- Şirkətin texniki işçiləri arasında balansı qorumaq, müştərilərlə münasibətə xüsusi diqqət yetirmək, işçilərin vəzifə öhdəliklərinin layiqincə və keyfiyyətli surətdə yerinə yetirilməsini təmin etmək.
- Texniki direktorun göstərişi ilə Direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək.
Namizədə tələblər:
- Liderlik qabiliyyəti olmalıdır, işə qarşı məsuliyyətli, səliqəli, nizam-intizamlı olmalıdır.
- İşçilər arasında münasibətləri, işçi – müştəri arasında münasibətləri tam sərbəst idarə etməyi bacarmalıdır.
- Tapşırılan işi vaxtında etməli, müstəqil və komanda şəklində işləməyi bacarmalıdır;
- Fiziki və psixoloji cəhətdən sağlam olmalı, stressə davamlı olmalı, stress altında işləməyi bacarmalıdır.
Qeyd: Dezinfeksiya sahəsində təcrübə tələb olunmur. İş öyrədiləcək. Əsas tələb işçiləri idarə etməyi bacarmalı və müştərilərlə ünsiyyətin düzgün şəkildə qurulmasını təmin etməlidir.
Qeyd: İş barədə ətraflı məlumat ilkin müsahibə zamanı verilir.
Qeyd: Şəkilli CV göndərilmədən olan heç bir müraciətə baxılmayacaqdır!