Qısa məzmun
Ə/h 500-600 AZN. Ateshgah Sigorta Texniki ekspertiza şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dili (əla), Rus dili(arzuolunandır)
Namizədə tələblər:
- Yaş: 25-45
- İş təcrübəsi: tikinti və təmir sahəsində iş təcrübəsi zəruridir.
- Təhsil: Ali və ya orta texniki
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır)
- Kompüter bilikləri, Microsoft office proqrmaları
Əsas vəzifə öhdəlikləri:
- Zədələnmiş əmlaka texniki baxış keçirmək və dəymiş zərəri müəyyən etmək
- Zərərçəkmiş şəxslərə zəng etmək və onların əmlakına baxış keçirilməsi yerini müəyyən etmək
- Əmlakın zədələnmiş hissələrinin fotoşəkillərini çəkmək
- Baxış aktlarını tərtib etmək
- Qiymətləndirilmə aktlarını tərtib etmək
- Tikinti və təmir materiallarının bazarını araşdırmaq
- Qiymətləndirilmə zamanı sığortalılar və ya 3-cü şəxslərin dələduzluq faktlarını müəyyən etmək
- Texniki ekspertiza şöbəsinin fəaliyyətini əks etdirən hesabatlar tərtib etmək
- Birbaşa rəhbərin tapşırıq və göstərişlərini yerinə yetirmək.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı : həftə içi 09: 00-dan 17:30 dək. (Növbə əsasında Şənbə günləri)
- Sabit əmək haqqı sınaq müddətində 600 AZN
- Sınaq müddətindən sonra 700 AZN
- Fəaliyyət nəticələrinin qiymətləndirilməsi əsasən bonus sistemi
Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
- Təhlil və araşdırma qabiliyyətinə malik olmaq
- Müşahidə və ilkin təhqiqat aparmaq vəridşlərinə malik olmaq
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. Şəkilin olması mütləqdir
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini cv@ateshgah.com e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində, mütləq “Texniki ekspertiza şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Avtobus Servis Sürücüsü
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Avtoservisdə təmir işləri üzrə texnikASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...