Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Amburan Beach Club Texniki işlər üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Otel sahəsində minimum 3 il iş təcrübəsinə malik.
ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
- Amburan Beach Club ve restoranlarin texniki işlərinin həyata keçirilməsinə cavabdehlik daşıyır.
- Gündəlik baş verəcək texniki problemləri aradan qaldırır.
- Amburan Beach Club ve restoranlarin, qurğuların və avadanlıqlara mütəmadi olaraq texniki baxışın həyata keçirir, qurğu və avadanlıqların işlək vəziyyətdə saxlanılmasına məsuliyyət daşıyır.
- Yanğın Siqnalı/Təhlükəsizlik Sistemi sistemlərə nəzarət etmək, sistemin əməliyyatı barəsində tam məlumatlı olmaq və sistemləri daxil edən qəza hallarını aradan qaldırmaq. Yanğınsöndürmə sprinkleri və qəza elektrik sistemləri üzrə iş biliklərinə malik olmaq.
- Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi siyasətləri və proseduralarından xəbərdar olmaq və bütün proseduraların təhlükəsiz və – TTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək.
- Texniki şöbə işçilərinə nəzarət edir.
TƏLƏB OLUNAN BACARIQLAR:
- Ali təhsil, aidiyyatı sahədə ən azı 3 il iş təcrübəsi.
- Microsoft Office proqramları üzrə əla səviyyəli biliklər.
- Gərgin iş şəraitində işləmək bacarığı, qətiyyət və çalışqanlıq, komandada işləmə bacarığı.
- Otel sahəsində minimum 3 il iş təcrübəsinə malik.
- Elektrik, santexnika və havalandırma sistemləri sahəsina aid biliklərə sahib olmaq.