Qısa məzmun
Caspian Event Organisers LLC Texniki menecer vəzifəsi üzrə vakansiya elan edir. Dinamik mühitdə işləmək bacarığı olmalıdır.
İş barədə:
- Sərgi və tədbir yerləşmə planlarının hazırlanması
- Sərgi stendlərinin, o cümlədən fərdi stendlərin dizaynı və çəkilməsi
- Müştərilərlə danışıqların aparılması
- Stendlərin və texniki xidmətlərin satışının həyata keçirilməsi
- Texniki sifarişlərin toplanması, koordinasiya edilməsi və icrasına nəzarət edilməsi
- Sərgi və tədbirlərin montaj və demontajı zamanı işin koordinasiya edilməsi və nəzarət
- Podratçılarla işin koordinasiyası və nəzarəti
- Hesabatların hazırlanması
- Digər ofislərin texniki şöbələri ilə işin koordinasiyası
Tələblər:
- Ali təhsil
- Bu sahədə iş təcrübəsi
- Kompüter bilikləri: Windows, MS Office, CorelDraw, AutoCAD, 3DSMax proqramlarında əla səviyyədə işləmə bacarığı
- Azərbaycan, rus və ingilis dillərini sərbəst bilməli
- Fərdi və komandada işləmə bacarığı
- İntizamlı, analitik bacarıq, problem həll etmə qabiliyyəti və detallara diqqət nümayiş etdirməli
- Vaxtın idarə edilməsi bacarığı (dedlaynlarla işləmə qabiliyyəti)
- Dinamik mühitdə işləmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Texniki Menecer” yazaraq cv@ceo.az elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
Şirkət haqqında
“Caspian Event Organisers” (CEO) şirkəti Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçısıdır.
.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...