Texniki şöbənin Rəhbəri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

İş haqqında məlumat:

  • Tikinti sahəsində lazım olan materialların həcminin vaxtında müəyyən olunmasına nəzarət etmək;
  • İşin istehsal-təqvim planının işlənməsinə və onun yerinə yetirilməsinə nəzarəti təşkil etmək;
  • Müxtəlif texniki istehsalat standartların icrasına nəzarət;
  • Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanması, texniki məzmunda olan məktubların və digər sənədlərin hazırlanması;
  • Sifarişçi təşkilatın nümayəndəsi ilə əlaqəli işləməli və lazım gəldikdə texniki məsələləri həll etmək;
  • Görülən iş üzrə smetaların tərtib olunmasını təşkil etmək və nəzarət etmək;
  • Smeta əsasında yerinə yetirilmiş aylıq tikinti-quraşdırma işlərinin aktlarının və forma №2-lərinin hazırlanmasını təşkil etmək və nəzarət etmək;
  • Forma №2 əsasında texniki hesabatların tərtib olunmasını təşkil etmək və nəzarət etmək;
  • Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanması, texniki məzmunda olan məktubları və digər sənədləri hazırlamaq;
  • Enerji ehtiyatlarının və tikinti materiallarının istehlak dərəcəsinə nəzarət;
  • Aylıq planları və həftə-gün qrafiklərini razılaşdırmaq, istehsalat sahəsində material hesabatlarına, yerinə yetirilmiş işlərin qəbulu aktlarının tərtib edilməsinə nəzarət etmək, yerinə yetirilmiş işlərin reyestrini tərtib etmək və s;
  • Vaxtı vaxtında rəhbərliyə görülən işlərlə bağlı hesabatların təqdim edilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil (İnşaat üzrə);
  • Tikinti sahəsində ümumi olaraq rəhbər kimi isə 4 ildən yuxarı iş təcrübəsi;
  • İnnovativ standartlara uyğun işləməyi bacarığı;
  • MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilmək;
  • Yüksək səviyyədə analitik-riyazi biliklər;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • İnşaat norma və qaydalarını bilmək;
  • Təşkilat və onun missiyasına yüksək sadiqlik;
  • Yüksək idarəetmə qabiliyyətləri, məsuliyyətli, təşkilatçılıq, müstəqil işləmək bacarığı, habelə yüksək dürüstlük keyfiyyətləri əsas şərtdir.
  • QEYD: maaş bilik və bacarıqdan asılı olaraq çox da ola bilər. Şirkət barədə məlumatı LinkedIn Asim Hasanov HR – profilimə keçid edərək oxumaq mümkündür. +994555555586
  • Mail başlığı olaraq “Texniki şöbənin rəhbəri” yazmağı unutmayın. Şirkət barədə məlumatı linkedin profilimdən oxuya bilərsiz.

Oxşar vakansiya siyahısı:

550₼
İstehsalat Operatoru

Ayan MMC İstehsalat Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Ayan MMC

28.03.2025 - Xırdalan

430₼
İstehsal xəttində nəzarətçi

Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Ayan MMC

28.03.2025 - Xırdalan

Tekstil meneceri

QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

QAYO MMC

19.03.2025 - Bakı

Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)

Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

17.03.2025 - Bakı

700 — 900 ₼
Anbardar (istehsalat anbarına)

AZELKO MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

14.03.2025 - Bakı