Qısa məzmun
Baku Electronics şirkəti hal-hazırda Şəki, Mingəçevir mağazaları üzrə Texniki dəstək məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.
“Baku Electronics” şirkəti hal-hazırda Şəki, Mingəçevir mağazaları üzrə ”Texniki dəstək məsləhətçisi” vakansiyasına namizəd axtarışındadır! Sizi peşəkar komandamızın bir üzvü olmağa dəvət edirik!
Tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
- Problemləri effektiv şəkildə həll etmək;
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
- Müştərilərə xidmət qaydalarını və metodlarını bilmək;
- Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək;
Vəzifə öhdəlikləri:
- TV və mobil məhsullarının proqram təminatını həyata keçirmək;
- Telefon, planşet və noutbuklar üçün yeni hesab yaratmaq;;
- Telefon, planşet və noutbuklarda olan məlumatların yeni cihaza köçürülməsini həyata keçirmək;
- Telefon və planşetlər üçün üzlükləri çəkmək;
- Stoka nəzarət və ehtiyac sifarişi təmin etmək;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində mağaza adını (nümunə “Texniki dəstək məsləhətçisi – Şəki” ) qeyd etməklə hr@bakuelectronics.az elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Helpdesk
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...