Qısa məzmun
Lavanda Group Texnoloq (kolbasa məhsulu üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
- İş yeri: Ağdaş rayonu, Yeniarx kəndi
- İş rejimi: 6 günlük iş həftəsi
- Əmək haqqı: razılaşma yolu ilə
Vəzifə öhdəlikləri:
- Ətraf mühitin təhlükəsizliyini nəzərə alaraq, mütərəqqi, iqtisadi cəhətdən əsaslandılmış texnoloji proseslərin işlənib hazırlanması, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işlənib hazırlanması;
- İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən təşkil edilməsi;
- Məhsulun, işlərin(xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkili, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verməsinə nəzarət edilməsi;
- Məhsul hazırlayan istehsal sahələrinin, texnoloji avadanlıqların istehsal güclərinin hesabatlarının aparılmasında yaxından iştirak etmək;
- Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnoloji sənədləşdirmənin hazırlanmasını, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edilməsi;
- Zavod və sexlərdə keyfiyyət müşavirələrində iştirak etmək, texnologiyanın vaxtı-vaxtında yoxlanılması işlərini nəzarətdə saxlamaq;
- Zay və keyfiyyətsiz məhsul buraxılışının və istehsal qəzaları səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması, qəzaların qarşısının alınması tədbirlərinin hazırlanmasında fəal iştirak etmək.
Təhsil/Təcrübə:
- Ali-texniki təhsil;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001 (Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin idarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumatlı olmalıdır.
Maraqlananlar +994502551666 nömrəsi ilə əlaqə saxlaya bilər.
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...