Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. Yüksək qavrama və öyrənmə qabiliyyəti olmalıdır.
Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir..
Vəzifə: Texnoloq
İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
İş təcrübəsi: Minimum 3 il qida mühəndisliyi sahəsində iş təcrübəsi (Qənnadı məhsullarının istehsalı sahəsində)
Təhsil: Ali təhsil (Kimya və qida mühəndisliyi üzrə)
Yaş həddi: 22-40
İşin Təsviri: Məhsul resepturasına və keyfiyyət göstəricilərinə standartlarına uyğun olaraq qənnatı məhsullarının istehsalının həyata keçirilməsini təmin etmək.
Vəzifə öhdəlikləri:
- Texnoloji avadanlığın istismar edilməsi şərtlərinə nəzarət etmək;
- İstehsalatda hazırlanan məmulatların qida standartlarına və reseptlərə uyğun hazırlanmasına nəzarət etmək;
- Gigiyena qaydalarına əməl etmək, qida analizlərinin mütəmadi aparılmasını təşkil etmək;
- Yeni növ məhsulların yaradılmasında və istehsala tətbiqində iştirak etmək;
- İstehsalata gələn xammaldan hazırlanmış məhsullardan nümunə götürərək analizlər aparmaq;
- İstehsal zamanı ortaya çıxan problemləri həll etmək, fəaliyyətlərin fasiləsiz davam etməsini təmin etmək;
- Qida məhsullarının saxlanıldığı anbarın və istehsalatın təşkil edildiyi xammalın təmiz saxlanılmasına nəzarət etmək;
- Məhsul hazırlanmadan öncə və sonra keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu yoxlamaq;
- Alınan nəticələri sənədləşdirib tərtib etmək;
- Sahələr üzrə “Texnoloji prosesə nəzarət kartları”nın aparılmasını və məlumatların aidiyyatı struktur bölmələrinə çatdırılmasını təmin etmək;
- İş prosesi zamanı yarana biləcək problemləri tez bir zamanda aradan qaldırmaq.
Tələblər:
- Komandada işləmə bacarığı;
- Microsoft Office (Word, Excel, Outlook) proqramlarında istifadə etmək bacarığı;
- Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Qida təhlükəsizliyi və keyfiyyət sistemlərindən (ISO 9001/22000) məlumatlı olmaq.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Servis xidməti
- Nahar ilə təmin edilmə
İş qrafiki: 6 günlük
Müraciət qaydaları: career@ulduz.com.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Texnoloq” yazmaqla CV göndərərək müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...