Qısa məzmun
RICH MEDICAL MMC Texnoloq vəzifəsi üzrə vakansiya elan edir.
Tibbi məhsulların istehsalı sahəsində fəaliyyətə başlayan RICH MEDICAL MMC Texnoloq vakansiyası üçün namizəd axtarışındadır:
İş barədə məlumat:
- İstehsal prosesində təhlükəsizlik qaydalarının riayət olunmasına birbaşa nəzarət etmək;
- Yeni məhsulun istehsalı üçün reseptləri hazırlamaq, hazır reseptlərin üzərində işləyib məhsulun keyfiyyətini artırmaq;
- Məhsulla bağlı hər hansı problem yarandıqda onu sərbəst şəkildə aradan qaldırmaq;
- İstehsal proseslərinin və istehsal rejiminin tənzimlənməsi üçün texniki sənədlərin təhlilini və orada dəyişiklərin aparılmasını təmin etmək;
- Məhsulların istehsalı zamanı onun xüsusiyyət ilə istehsal olunan malların keyfiyyətinə daim nəzarət etmək;
- Yeni xammal və materialların keyfiyyəti və uyğunluğuna nəzarət etmək və onu istehsala tətbiq etmək;
- İstehsal olunan məhsulların tətbiq olunan standartlara cavab verməyinə nəzarət etmək;
- İstehsalda texnoloji hazırlığının mövcud və gələcək planların həyata keçirmək, texnoloji proseslərə ciddi riayət etmək, texnoloji intizam pozuntularını aşkar edilməsinə və onları aradan qaldırılması üçün tədbirlər görmək;
- Şöbənin işçilərinə nəzarət etmək, texnoloji hazırlığı təmin edən bölmələrin fəaliyyətini koordinasiya etmək və idarə etmək, işçilərin peşəkar bacarıqlarını inkişafı üzrə tədbirlər görmək;
- Hazır məhsulun keyfiyyətinə nəzrət etmək;
Namizədə olan tələblər:
- Ali texniki təhsil;
- Müvafiq sahədə ən azı 5 il ərzində mühəndislik və texniki və idarəetmə vəzifələrində iş təcrübəsi;
- Tibbi məhsulların istehsalı sahəsində təcrübəyə malik olmaq;
- Müəssisənin istehsal texnologiyası (cihazlar, avadanlıqlar) ilə iş biliyi və təcrübəsi;
- İstehsalat-texnoloji normativ sənədlərin hazırlanması və icrası üçün qaydalar, təlimatlar və göstərişlərini bilməli;
- Kompüter bilikləri (MS Office);
- Dəqiq, nizam-intizamlı, məsuliyyətli olmalı, prosessləri izləmə bacarığı;
- Liderlik və kollektivlə işləmə bacarığı;
- Operativ, gördüyü işə cavabdehlik;
- Yaş həddi: 30-45 arası;
- İş qrafiki: həftədə 6 gün 09:00-18:00;
- Əmək haqqı: 900-1000 AZN
- Nahar şirkət tərəfindən qarşılanır;
- Nəqliyyat şirkət tərəfindən təmin olunur;
Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla hr@richmedical.az elektron ünvanına göndərmələri xahiş olunur.
*Vakansiya adı qeyd olunmayan CV-lərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...