Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AAC MMC Texnoloq vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- İstehsalatın texnoloji hazırlığının və texniki cəhətdən yenidən qurulmasının təmin edilməsi;
- İstehsalın texnoloji rejiminin və texnoloji proseslərin avtomatlaşdırılmasının təmin edilməsi;
- Avadanlığın yerləşdirilməsi, texniki təchizatı və iş yerlərinin təşkili planlarının tərtib edilməsi;
- İstehsalat gücünün və avadanlığın yüklənməsinin hesablanması;
- Texnoloji normativləri, təlimatları, texniki səviyyə və məhsulun keyfiyyət xəritəsinin və başqa texnoloji sənədlərin işlənib hazırlanması;
- Yeni texnoloji proseslərin hazırlanması və istehsala tətbiq edilməsi üzrə eksperimental işlərin aparılmasında, yeni texniki tapşırıqların işlənib hazırlanmasında, istehsal güclərinin vaxtlı-vaxtında istifadəsi, texnologiyanın təkmilləşdirilməsi üçün texniki təşkilati tədbirlərin işlənib hazırlanmasında iştirak edilməsi;
- Texnoloji intizama riayət olunmasına və texnoloji avadanlığın düzgün istismarına nəzarət edilməsi;
- İstehsal texnologiyası sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi;
- Material sərfinin azalmasına, məhsulun əmək tutumunun aşağı salınmasına, əmək məhsuldarlığının artırılmasına istiqamətlənmiş istehsalın səmərəliliyinin artırılması tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
- Məhsulun əməliyyatlar üzrə marşrutunu və işlərin yerinə yetirilməsi ardıcıllığının təyin edilməsi;
- Keyfiyyətsiz və zay məhsul istehsalının səbəblərinin təhlil edilməsi, onların qarşısının alınması və aradan qaldırılması tədbirlərinin işlənib hazırlanması, eləcə də buraxılan məhsul barədə gələn narazılıqların araşdırılması;
- Məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkil edilməsi;
- Məhsulun texniki nəzarəti və sınaq metodlarının işlənib hazırlanması;
- Vəzifəyə aid prosedurların yazılması;
- Prosedurlar üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi;
- Vəzifəsindən irəli gələn digər öhdəliklərin yerinə yetirmək;
Namizədə tələblər:
- Təhsil: Ali (texniki)
- MS Office (Excell, Word) kompüter proqramlarını bilmək.
İş yerinin şərtləri:
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
- Əmək haqqı razılaşma əsasında
- İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km.
- Iş rejimi 5 günlük/ saat (08:00-17:00)
Əlaqə üçün hr@aac.az ünvanına “Texnoloq” başlığı ilə CV –lərinizi göndərməniz xahiş olur.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...