Qısa məzmun
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə Haqqında:
Biz komandamıza tibbi xidmətlərin keyfiyyətli və operativ şəkildə təmin olunması üçün təcrübəli Tibb bacısı axtarışındayıq . Bu rolda sizin əsas məqsədiniz fabrik işçilərinin sağlamlıq vəziyyətini nəzarətdə saxlamaq, ilkin tibbi yardım göstərmək və sağlamlıq standartlarının qorunmasını təmin etməkdən ibarət olacaqdır.
İş Barədə Məlumat:
- İşçilərə ilkin tibbi yardım göstərmək;
- Fabrik daxilində sanitar-gigiyenik qaydaların icrasına nəzarət etmək;
- Tibbi ləvazimatların mövcudluğunu və istifadəyə yararlılığını mütəmadi olaraq yoxlamaq və ehtiyac yarandıqda yenilənməsini təmin etmək;
- 6 günlük iş rejimi (09:00 – 17:00);
- Nahar şirkət tərəfindən təmin edilir;
- Servis mövcüddur ( Bakı şəhəri, Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
- Əmək haqqı : Müsahibə əsasında;
- İş yeri – Hacıqabul rayonu
Tələblər:
- Tibb bacısı ixtisası üzrə peşə təhsili və müvafiq sertifikat;
- Tibb bacısı və ya ilkin tibbi yardım üzrə ən azı 1-2 il iş təcrübəsi;
- İlkin tibbi yardım üzrə geniş biliklər;
- Səbirli, diqqətli və məsuliyyətli olmaq;
- İşçilərlə ünsiyyət qurmaq bacarığı və komanda ilə işləmə bacarığı;
Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi elektron poçt ünvanımıza göndərin və ya fabrikimizin kadrlar şöbəsinə yaxınlaşaraq müraciət edin.
Oxşar vakansiya siyahısı:
Tempus MMC şirkəti Məhsul üzrə Menecer (Product-menecer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Tempus MMC şirkəti Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...