Tibbi Çağrı Mərkəzinə Operator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Insurance Tibbi Çağrı Mərkəzinə Operator vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • İş vaxtı ərzində sığorta olunmuş şəxslərə sığorta proqramına dair məsləhət xidmətinin göstərilməsi, sığorta olunanların hüquq və vəzifələrinin izahı;
  • İş vaxtı ərzində sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi;
  • Ehtiyac olduqda sığorta olunan şəxslərə tibbi yardım göstərilməsi və ya hospitalizasiya məqsədilə tibb müəssisəsinin seçimində köməklik, sığorta olunanların hospitalizasiyasının təşkili;
  • Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması;
  • Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların ProTech Sisteminə daxil edilməsi;
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə Tələblər:

  • Tibb üzrə ali təhsil;
  • Komyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
  • Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilində baza danışıq bacarığı arzu olunandır.
  • Tibbi sığorta sahəsində və ya müvafiq səhiyyə sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır
  • Ünsiyyət qurmaq bacarığı;
  • Qeyri standart vəziyyətə  cəld reaksiya vermək.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...