Qısa məzmun
Ə/h razılaşma yolu ilə. The Servier Research Group Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir.
- Fransanın ən böyük əczaçı şirkəti, dünyanın 140-dan artıq ölkəsində təmsil olunur və resepturalı dərman preparatlarının tədqiqi ilə məşğul olan yüksək innovativliyə malik tədqiqatçı şirkətdir.
- SERVIER, xəstələrin həyat keyfiyyətini yaxşılaşdıran yeni müalicə üsullarının tapılması və təkmilləşdirilməsində yardımçı olan orijinal və innovativ dərman preparatlarını təmsil edir.
- Bu, bizim bütün dünyada 20 000 əməkdaşlarımıza ilham verən amildir.
- Biz, Azərbaycanda, xüsusilə Bakı və Qəbələ şəhərlərində TİBBİ NÜMAYƏNDƏləri vəzifələrə əməkdaşları dəvət etməklə fəaliyyətimizi inkişaf etdirmək niyyətindəyik.
- Seçilmiş namizəd mütəmadi olaraq xəstəxana və klinikalarda həkimlərə baş çəkəcək, şirkətin preparatlarını təşviq edəcək və təqdimatları orqanizə edəcəkdir.
Namizədə dair tələblər:
- ali tibbi təhsil/əczaçılıq təhsili, azərbaycan və rus dillərini səlis bilmə və sürücülük vəsiqəsinin olması.
- Şəxsi keyfiyyətlər: ünsiyyətcillik, məsuliyyətlilik, işgüzarlıq, doğruculluq, özünə nəzarət və özünütəkmilləşdirmə, komanda atmosferində çalışma bacarığı.
- Müsahibədən keçən namizədlərə rəqabətli əmək haqqı təklif ediləcək, eləcə də preparatlara dair treyninq keçiləcəkdir.
- Hazırki vəzifə peşəkar inkişaf üçün əla imkanlar verir.
Xahiş edirik ingilis dilində tərtib olunmuş CV-nizi e-mail ünvanımıza 3 oktyabr 2022-ci il tarixinə qədər göndərəsiniz.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
Audiometrist (Otomed)Kontakt Home Kontakt Home/Audiometrist (Otomed) vəzifəsi üzrə vakansiya elan edir. ...
Regionlar üzrə Tibbi Nümayəndə
Azerimed Regionlar üzrə Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...
800 — 1000 ₼
Audiometrist (Otomed)Kontakt Home Kontakt Home/Audiometrist (Otomed) vəzifəsi üzrə vakansiya elan edir. ...