Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bioderma Tibbi nümayəndə ( Pediatr və Allerqoloq təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. Rus dilində səlis danışan namizəd tələb olunur.
İşin təsviri və tələblər
- Universitet məzunu (tıbbi və əczaçılıq təhsili olanlara üstünlük veriləcəkdir),
- Pediatr və Allerqoloqlarla işləmiş və minimum 2 il iş təcrübəsi olan,
- Kompüter bacarığı olan, Microsoft Office-də sərbəst işləmə qabiliyyəti olan,
- Azərbaycan və Rus dillərini səlis danışan,
- Diqqətli, gülərüzlü, səbrli, məsuliyyətli və təşəbbüskar olmalı,
- Ehtiyac olduğu zaman səyahət edə bilən,
- Hərəkətli iş rejimində işləməyi bacaran,
- Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirə bilən,
- Firmaya yeni həkimlər qazandıra bilən,
- Səliqəli xarici görünüşə, nəzakətli danışığa və təqdimat qabiliyyətinə malik olmalı
Vəzifələr
- Cavabdeh olduğu Özəl klinikaları, özəl xəstəxanaları – Həkimləri müntəzəm ziyarət etmək və firma məhsullarının reseptlə yazılmasını təmin etmək,Həkim bazasının formalaşdırmaq və müntəzəm olaraq yeniləmək,
- Rəqib analizi aparmaq,
- İndividual fəaliyyət planını həyata keçirmək,
- Seminar və prezentasiyalar təşkil etmək və keçirmək,
- Gündəlik iş hesabatlarını rəhbərliyə vaxtında və tam şəkildə təqdim etmək.
İş şərtləri:
- 5 günlük iş norması (şənbə və bazar istirahət)
- İş vaxtı : 09:00 – 18:00
Əmək haqqı : Üz-üzə danışıqlara əsasən qərar veriləcəkdir
Seçilən namizədlər peşəkarlar tərəfindən keçirilən təlimdən sonra işlə təmin olunacaqdır.
Əlaqə
Vakansiyayla maraqlanan şəxslərin şəkilli CV-lərini mövzu bölməsinə “CV-Bakı” yazaraq elektron ünvanına yollamaları xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...