Qısa məzmun
Asfarma Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Gündəlik tibbi müəssisələrin və apteklərin ziyarət edilməsi
- Preparatların tibbi müəssisə və apteklərdə həkim və əczaçılara tanıdılması
- Həkim və əczaçılarla işgüzar əlaqələrin qurulması
- Verilmiş marketinq strategiyasının tətbiq edilməsi
- Bazarın, rəqiblərin araşdırılması və tələbatın müəyyənləşdirilməsi
- Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi
- Görülən işlər barədə hesabat verilməsi
- İş qrafiki: həftə içi 5 gün 09:00-18:00
- Gündəlik yol xərci şirkət tərəfindən verilir
- İş yeri: Bakı, Sumqayıt və s
- Qeyd: Müsahibədən keçən namizədlərə rəqabətli əmək haqqı təklif ediləcək və işə başlamadan öncə preparatlara dair müvafiq treninqlər keçiləcəkdir.
Namizədə tələblər:
- Ali təhsil (tibbi və ya əczaçılıq təhsili əlavə üstünlük hesab edilir)
- İş təcrübəsi (üstünlük hesab edilir)
- 25-35 yaşlarında namizədlər
- Azərbaycan dilində səlis danışıq bacarığı (digər dil bilikləri əlavə üstünlük hesab edilir)
- Kompüterdə MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Ünsiyyət tərzi ilə müştəriləri cəlb etmək və inandırmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmək bacarığı
- Komandada işləmək bacarığı
- Dürüst, nizam-intizamlı, məsuliyyətli, aktiv və dinamik olmaq
- Uyğun namizədlər məktubun mövzusunda “Tibbi nümayəndə” göstərməklə öz şəkilli CV-lərini göstərilən e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
400 — 450 ₼
Əczaçı OperatorƏ/h 400 -450 AZN . AzəriMed QSC Əczaçı Operator vəzifəsi üzrə vakansiya elan edir. ...
Həkim-radioloq
Respublika Diaqnostika Mərkəzi Həkim-radioloq vəzifəsi üzrə vakansiya elan edir. ...