Qısa məzmun
AzəriMed QSC Tibbi nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. Stabil əmək haqqı və mükafatlar olacaqdır.
İş barədə məlumat:
- Gündəlik olaraq tibb müəssisələrini və aptekləri ziyarət etmək
- Təyin olunmuş müvafiq dərmanların tibb müəssisələri və apteklərdə təqdimatını aparmaq
- Məhsullara təlabat yaratmaq və satışını təşkil etmək
- Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək
- Mütəmadi olaraq görülən işlər barədə hesabatlar hazırlanmaq və rəhbərliyə təqdim etmək
İş şəraiti:
- İş qrafiki: I-V günlər – 09:00-dan 18:00-dək
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir. Sabit əmək haqqı + bonus sistemi mövcuddur
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (tibb təhsili üstünlükdür)
- Təcrübə: Tibbi nümayəndə olaraq minimum 1 il iş təcrübəsi mütləqdir
- Dil bilikləri: Azərbaycan dili və rus dili biliyi mütləqdir
- Kompüter bilikləri: MS Office (Word, Excel, Power Point)
- Effektiv kommunikasiya və komandada işləmə bacarığı
- Şəxsi avtomobilin olması üstünlükdür
- Xarici görünüşünə önəm verməli
- Məqsədyönlü, işində dəqiq və məsuliyyətli olmalı
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “PRO-Tibbi Nümayəndə” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...