Qısa məzmun
AzəriMed QSC Tibbi nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. Stabil əmək haqqı və mükafatlar olacaqdır.
Tələblər:
- Təhsil: Ali təhsil (Tibb təhsili üstünlükdür);
- Təcrübə: Tibbi nümayəndə sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili və rus dili biliyi arzuolunandır;
- Kompüter bilikləri: MS Office (Word, Excel, Power Point);
- Effektiv kommunikasiya və müştəriyönümlü satış bacarığı.
Vəzifə öhdəlikləri:
- Təyin olunmuş ərazi üzrə Həkimlərlə,Tibbi müəssisələrlə və Apteklərlə görüşlər keçirmək;
- Şirkətə məxsus olan məhsulların təqdimatını, tanıtımını və satışını həyata keçirmək;
- Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq;
- Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək;
- Təqdim edilən məhsullara olan tələbatın öyrənilməsi;
- Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək;
- Bazar araşdırması etmək və satış kanallarını artırmaq;
- Görülmüş işlər haqqında gündəlik və aylıq hesabatlar hazırlamaq;
- İş qrafiki: I-V günlər – 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir. Sabit əmək haqqı + bonus sistemi mövcuddur.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tibbi nümayəndə” qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.Əlavə suallar üçün 055-455-95-91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Həkim-radioloq
Respublika Diaqnostika Mərkəzi Həkim-radioloq vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 1000 ₼
Texniki servis OperatoruAzəriMed QSC Texniki servis Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Regionlar üzrə Tibbi Nümayəndə
Azerimed Regionlar üzrə Tibbi nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...