Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Ateshgah Sigorta Tibbi texniki ekspert vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Yaş: 23-40
- Təhsil: Ali və ya orta ixtisas (tibb təhsili arzuolunandır)
- İş təcrübəsi: arzuolunandır
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (arzuolunandır)
- MS Office proqramları üzrə biliklər( Excel əla səviyyədə)
Əsas vəzifə öhdəlikləri:
- Tibb müəssisələrindən daxil olan reestrləri və tibbi sənədləri sistemə daxil etmək
- Tibb müəssisələrindən daxil olan reestrlərin tibbi-iqtisadi və texniki ekspertizasını həyata keçirmək
- Hesabatlar tərtib etmək
- Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək
Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 – 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı: 400 azn – 500 azn
- Şirkət tərəfindən nahar
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
- Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin
Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq ’’Tibbi texniki ekspert “ qeyd etmələri xahiş olunur
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...