Ticarət Marketinqi Koordinatoru (Bərdə və Masallı)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Cahan Tobacco İnternational Ticarət Marketinqi Koordinatoru (Bərdə və Masallı) vəzifəsi üzrə vakansiya elan edir.

İşə götürən: Cahan Tobacco İnternational
Vakansiya: Ticarət Marketinqi Koordinatoru (Bərdə və Masallı)

Aşağıda qeyd olunan hər bölgəyə 1 vakant yer mövcüddur.

1) Mərkəz-Bərdə (Ağdaş, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağdam, Ağcəbədi, Beylaqan, Fizüli)
2) Mərkəz-Masallı (Masallı, Lənkəran, Astara, Biləsuvar, Yardımlı, Lerik)

CV göndərərkən başlıqda müraciyyət etdiyiniz vakansiyanın Bölgəsini mütləq qeyd edin (Bərdə və ya Masallı).

Vəzifə öhdəlikləri:

  • – Etibar edilən ərazidəki pərakəndə satış məntəqələrini ziyarət etmək
    – Müştərilərlə tərəfdaş münasibəti qurmaq
    – Ərazinin inkişafı və əməkdaşlıq müqavilələrinin bağlanması (avadanlıq, marketinq fəaliyyəti və s. üçün);
    – Pərakəndə satış yerlərində bir məhsul kateqoriyasını inkişaf etdirmək;
    – Fəaliyyətlərin planlaşdırılması, ərazidəki rəqiblərin fəaliyyətinin monitorinqi, hesabatların hazırlanması;
    – Şirkət standartlarına uyğun olaraq məhsulların görünüşünü təmin etmək;
    – Satış nöqtələrində qalıqların və məhsulların tam çeşidinin mövcudluğuna nəzarət və distribyutorla əməkdaşlıq.

Namizəd üçün tələblər:

  • Yaş: 23-35
  • Cins: Kişi
  • Ali təhsil;
  • Şəxsi avtomobil (Mütləqdir)
  • 2 ildən artıq sürücülük təcrübəsi (“B” kateqoriyası);
  • Hərbi bilet / şəhadətnamənin olması (çağırışçılar üçün);
  • Etibarlı danışıq qabiliyyəti;
  • Analitik düşüncə;
  • Komandada işləmə bacarığı;
  • İngilis dilini bilmək üstünlükdür;
  • Satış sahəsində təcrübə üstünlükdür.

Biz təklif edirik:

  • Rəsmi iş
  • Rəqabətli əmək haqqı
  • İş qrafiki – 5/2
  • Əmək haqqı 800-1000 AZN

E-mail: cv@cti.az

Oxşar vakansiya siyahısı:

600₼
Marketinq üzrə kiçik mütəxəssis

Agrowest Marketinq üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Agro-West DC LLC

28.06.2024 - Bakı